Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bu ərazilərdəki ərzaq malları satışdan çıxarıldı – Siyahı

Simsar.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı 280-kq-dan çox ərzaq malları satışdan çıxarılıb. Belə ki, həmin mağazalar bunlardır.

Bakının Xətai rayonunda

- N.Tusi küçəsi, ev 28 ünvanında Naibə Abbasovaya məxsus mağazada;

Qaradağ rayonunda

- Qızıldaş qəsəbəsində Rauf Rəhimova məxsus mağazada;

- Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 5V ünvanında Sabir Sadiyevə məxsus mağazada;

Oğuz şəhərində

- S.Vurğun küçəsində Səlahəddin İsmayılova məxsus mağazada;

Şəmkir şəhərində

- İ.Məmmədov küçəsi, ev 89 ünvanında Ə. Məmmədhəsənova məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Xətai rayonunda

- Əhmədli qəsəbəsi, Şirvani küçəsi, 2317 məhəllə, ev 5 ünvanında Anar Şükürova məxsus mağazada;

- M.Hadi küçəsi, ev 140K ünvanında Həşim Babayevə məxsus mağazada;

- İdmançı küçəsi, ev 40 ünvanında Ayaz Xankişiyevə məxsus mağazada;

Qaradağ rayonunda

- Ələt qəsəbəsi, Nizami küçəsində Mənsur Orucova məxsus mağazada;

- Qızıldaş qəsəbəsində Qürbət Bayramova, Əfruz Qasımovaya, Şahmar Seyidəliyevə və Sərdar Allahverdiyevə məxsus mağazalarda;

- Puta qəsəbəsi, Yuxarı Puta küçəsi, ev 25 ünvanında Kazım Məmmədova məxsus mağazada;

Binəqədi rayonunda

- M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 8 ünvanında Osman Əliyevə məxsus mağazada;

- Binəqədi şosesində Marif Babayevə məxsus mağazada;

Ağstafa şəhərində

- M.Ə.Rəsulzadə küçəsində Fərid Vəliyevə məxsus mağazada;

Bərdə şəhərində

- Sənaye küçəsində Hüseyn Hüseynova məxsus mağazada;

Neftçala rayonunda

- Qaraqaşlı kəndində Aqil Quliyevə məxsus restoranda;

Xudat şəhərində

- Ə.Vahid küçəsində Baləhməd Şahbazova məxsus mağazada;

- M.F.Axundov küçəsində Əliheydər Əzizova və Kamran Vahabova məxsus mağazalarda;

Şəki şəhərində

- Bağbanlar küçəsində Sadıq Bayramova məxsus mağazada;

Ağdam rayonunda

- Quzanlı qəsəbəsində Zaur Məmmədova və Rasim Quliyevə məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

- Ümumilikdə, monitorinqlər zamanı 280 kq-dan saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Simsar.az

 






10 Aprel, 2014  18:45 Baxılıb: 844 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner