Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK: Monitorinq imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta təhsil müəssisələrinin şagirdləri arasında monitorinq imtahanları keçirəcək.

Komissiyada həmin imtahanlara hazırlıq işləri davam etdirilir. Aprelin 9-da Bakı və Sumqayıtda monitorinq imtahanları keçiriləcək orta ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib. Görüşlər TQDK-nın sektor müdirləri  Hidayət Zeynalov və Adıgözəl Həbibov tərəfindən təşkil olunub.

TQDK-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüş zamanı iştirakçılara monitorinq imtahanlarının mahiyyəti, məzmunu, keçirilmə qaydaları, imtahan zallarının hazırlanması, nəzarətçi-müəllimlərin bu imtahanlara cəlb edilməsi şərtləri və digər zəruri məsələlər izah edilib.

Qeyd edək ki, monitortinq imtahanlarının V, VI və XI sinif şagirdləri arasında aparılması nəzərdə tutulub.

V və VI sinif şagirdləri üçün imtahan Ana dili və riyaziyyat fənnindən keçiriləcək. Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları ilə, həm də yazı işi ilə yoxlanacaq. Belə ki, 1 saat 30 dəqiqə ərzində şagirdlər 20 açıq tipli test tapşırığı ilə yanaşı, yazı işləri də yerinə yetirəcəklər.

Riyaziyyat fənni üzrə isə şagirdlərə 18 açıq tipli test tapşırığı təqdim olunacaq. Bu imtahanın da müddəti 1 saat 30 dəqiqədir.

V və VI siniflər üçün monitorinq imtahanları Bakı şəhərində 17 və 18 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 14 və 15 aprel tarixlərində olacaq. Bu imtahanlar Respublika üzrə ümumilikdə 250-ə yaxın məktəbdə həyata keçiriləcək. XI sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən imtahan verəcəklər. Azərbaycan dili üzrə sualları cavablandırmaq üçün onlara 45 dəqiqə, fizika və riyaziyyat fənləri üzrə ayrılıqda 60 dəqiqə vaxt veriləcək.

Bu imtahanda suallar ənənəvi - çoxseçimli test tapşırığı formasında təqdim olunacaq. Bu fənlərin hər birindən şagirdlərə imtahan zamanı 30 sual təqdim olunacaq.

XI siniflər üçün monitorinq imtahanları Bakı şəhərində 22, 23 və 24 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 29-30 aprel tarixlərində olacaq. XI siniflər üçün monitorinq imtahanları Respublika üzə ümumilikdə 400-dən artıq məktəbdə həyata keçiriləcək.

 

Simsar.az

 

 






10 Aprel, 2014  17:22 Baxılıb: 950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner