Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Komitə: “Kolbasadan çıxan qurd deyil...”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan sosiskanın içərisində qurd tapılması barədə yayılan xəbəri araşdırıb.

Simsar.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ANS-in müxbiri Azər Məmmədov evində “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan kolbasada qurd tapıldığını bildirib.

F.Talıblı deyib ki, A.Məmmədov Dövlət Komitəsinə dəvət edilib və həmin sosiskalar laboratoriyada analiz edilib. Bu zaman üzərində “Səhliyalı” müəssisəsinin nişanı olan sosiska ilə içərisində qurd tapıldığı iddia edilən sosiskanın tamam fərqli tərkibdə olduğu üzə çıxıb: “Birincisi, qurd tapıldığı elan olunan sosiskaların ölçüləri qaynanmamış sosiskadan kiçik idi. Ancaq qaynayan sosiska böyüməlidir. İkincisi, qurd tapıldığı bildirilən sosiska ilə “Səhliyalı” müəssisəsinin nişanı olan sosiskanın tərkibi tam müxtəlif oldu. Üzərində “Səhliyalı” müəssisəsinin nişanı olan sosiskanın tərkibində nişasta daha az çıxdı. Digər tərəfdən, həmin sosiskanın içərisindən çıxan qurd deyil, qara kağız parçasıdır. Kağız parçasını sosiskanın içərisinə yalnız əllə qoymaq olar, “Səhliyalı” müəssisəsində isə istehsal avtomatlaşdırılıb. Bu müəssisənin məhsullarında kağız parçasının ora düşməsi mümkün deyil. Biz laboratoriya analizlərini təqdim etdik. “Səhliyalı” müəssisəsi faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər”.

 






10 Aprel, 2014  16:45 Baxılıb: 736 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner