Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanlı idman ustası Suriyada öldürüldü

Qaydasız döyüş üzrə idman ustası olan döyüşçülərdən birinin həyat yoldaşı və üç uşağı da Suriyadadır Suriyada daha iki azərbaycanlının öldürülməsi barədə məlumat yayılıb. APA-nın məlumatına görə, onların hər ikisi Qax rayon sakinidir. Öldürülən döyüşçülərdən biri “Cundullah Azəri” ləqəbi ilə tanınırmış. Onun əsl adının İbrahim olduğu bildirilir. Onun fotosu da yayılıb. “Cundullah Azəri” qaydasız döyüş üzrə idman ustası olub. APA-nın apardığı araşdırma nəticəsində onların hər ikisinin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, Suriyada öldürülən şəxslər, Qax rayon sakinləri – 1981-ci il təvəllüdlü Kərimov İbrahim Aslan oğlu və 1987-ci il təvəllüdlü Samir Sadəddin oğlu Məmmədovdur. İdmançı kimi tanınan İ. Kərimov bir il əvvəl həyat yoldaşı və üç uşağı ilə birgə Suriyaya gedib. Suriyada döyüşlərə qatılan İ. Kərimov öləndən sonra onun ailəsi ilə də əlaqə kəsilib. İ. Kərimovun ailə üzvlərinin sağ olub-olmadığı məlum deyil. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.






10 Aprel, 2014  16:12 Baxılıb: 876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner