Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Təbriz folklor örnəkləri” kitabı çapdan çıxıb

AMEA Folklor İnstitutu elmi şurasının qərarı ilə nəşr olunan “Təbriz folklor örnəkləri” (I kitab) toplusunda Təbriz bölgəsinin zəngin şifahi xalq yaradıcılığı örnəkləri toplanıb.
Institutun mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru, fiologiya üzrə elmər doktoru Muxtar Kazımoğlu (İmanov), toplayıcıları Kazım Abbasi, Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəməd Əlipur Muqəddəmdir.
Kitabın girişində “İnstitutdan” başlığı altında təqdim olunan yazıda bildirilir ki, bu gün dünyada ümumi sayı 50 milyonu ötən Azərbaycan türklərinin etnik təfəkkürünü canlandıran, dilini, tarixini, mənəvi aləmini qoruyub saxlayan zəngin şifahi söz sənətinin – folklor irsinin toplanması, sistemləşdirilməsi və nəşri ilk növbədə həlli vacib məsələlərdəndir. Bu zərurəti nəzərə alan AMEA Folklor İnstitutu əksəriyyəti öz doğma ata-baba yurdunda yaşayan soydaşlarımızın qoruyub günümüzədək saxladığı şifahi xalq ədəbiyyatı nümunələrinin ayrı-ayrı seriyalar altında, çoxcildliklər şəklində ardıcıl çap olunmasına böyük əhəmiyyət verir.
Ümumilikdə 444 səhifədən ibarət olan kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyevadır.
Arazın o tayında yaşayan Azərbaycan türklərindən toplanmış folklor örnəklərinin yer aldığı topluların məhz bölgələr üzrə adlandırılması nəşr olunacaq növbəti cildlərdə regional xüsusiyyətlərin qorunub saxlanılması, bölgələrin daha geniş miqyasda əhatə olunması məqsədi daşıyır.

Günel






10 Aprel, 2014  15:42 Baxılıb: 683 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner