Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Neftçi”nin məhkəmə çəkişməsində YENİLİK

Simsar.az xəbər verir ki, bir müddət əvvəl klub qəzeti məhkəməyə vermişdi. Xatırladaq ki, klub prezidenti Sadıq Sadıqov, vitse-prezident Tahir Süleymanov, mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə şərəf və ləyaqətlərinin təhqir olunduğunu əsas gətirərək mülki iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdilər. İddiaçılar qəzetdən 100 min manat tələb edirdilər. Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev “Neftçi” rəhbərliyinin iddiasını qismən təmin edərək qəzeti 5 min manat cərimə etmişdi. Qərardan narazı qalan “Sport Favorit” Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verib. Maraqlıdır ki, “Neftçi” rəhbərliyi də Nəsimi Rayon Məhkəməsinin qərarından narazılıq edərək apelyasiya şikayəti verib. Artıq ilk məhkəmə prosesi keçirilib. “Neftçi”nin vəkili Eldar İsmayılov qəzetin 100 min manat cərimə ödəməsini tələb edib. Vəkil onu da bildirib ki, “Neftçi” rəhbərliyi “Sport Favorit”in baş redaktoru İlkin Vaqifoğlunun həbs olunmasına salışacaq. Vəkil bildirib ki, yaxın günlərdə klub rəhbərliyi baş redaktorla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcək.






10 Aprel, 2014  15:24 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner