Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İsa Həbibbəyli: “…ixtisarlar davam edəcək”- Açıqlama

“Akademiyanın yeni prezidenti tərəfindən Akademiyanın fəaliyyəti ilə bağlı genişmiqyaslı islahatlar aparılır. Bu günə qədər keçirilmiş elmi sessiya iclaslarında kadr məsələlərinə baxılıb və təxminən akademiyanın 23 elmi-tədqiqat müəssisəsinə yeni direktor təyin edilib”. Bunu Simsar.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Akademik bildirib ki, yeni təyin olunan direktorlar öz sahələri üzrə Azərbaycanın tanınmış alimləri, uzunillik elmi təcrübələri olan şəxslərdir. “Təyin olunan direktorların bir çoxları uzunmüddət həmin vəzifədə çalışan, bu vəzifəni icra etmək qabiliyyətində olan adamlardır. Kadr dəyişikliyinin olması təbii prosesdir. İşdən çıxanlar əsasən öz istəyi və səhhətləri ilə əlaqədar işdən çıxanlardır. İşdən azad olunanlar arasında bu işi müasir tələblər səviyyəsində qura bilməyənlər də var. Onlar müasir texnologiya və tələblərlə ayaqlaşa bilməyənlərdir. Bu dəyişikliklər islahatların elmin inkişaf etdirilməsi üçün atılan addımlardır. Düşünürəm ki, bu cür ixtisarlar bundan sonra da ola bilər”.

Vitse-prezident Mərkəzi Nəbatat Bağının rəhbərliyində dəyişiklik edilməsinə də münasibət bildirib. “Direktor dəyişikliyində məqsəd mühafizə sisteminin möhkəmləndirilməsi, botanika bağının inkişaf etdirilməsidir. Akademiyanın rəhbərliyi idarəetməni düşünülmüş formada davam etdirmək üçün bundan sonra da addımlar atacaq. Onu da qeyd edim ki, hər iki sahə arasında yaxınlıq olduğundan iki vəzifənin eyni şəxsə tapşırılması məqsədəuyğun görülüb”.

Aysel Kərimova







10 Aprel, 2014  15:20 Baxılıb: 1007 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner