Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“İlk sınaq imtahanına 2620 nəfər gəlməyib” – AÇIQLAMA

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün keçirdiyi sınaq imtahanının nəticələrini aprelin 10-da saat 14:00-dan etibarən elan edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Simsar.az-a verdiyi məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib 49405 abituriyentdən 2620 nəfəri imtahanda iştirak etməyib.

Onun sözlərinə görə, imtahanda iştirak edən 46774 abituriyentdən 10 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib. 1 nəfər öz cavab kartını korladığı üçün nəticəsini yoxlamaq mümkün olmayıb.

Qeyd edək ki, növbəti sınaq imtahanı aprelin 13-də keçiriləcək.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Aysel Kərimova






10 Aprel, 2014  15:05 Baxılıb: 776 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner