Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BDU özünü dənizə atan qızla bağlı məlumat yayıb

BDU akademik borcuna görə, özünü dənizə atan 23 yaşlı Aysel Babayeva ilə bağlı məlumat yayıb. Simsar.az xəbər verir ki, BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bu barədə Facebook səhifəsində yazıb. "Babayeva Aysel Muxtar qızının qayıbları və akademik borclarına görə intihara cəhd etməsi haqqında yayılmış xəbərə cavab olaraq bildirmək istəyirik ki, o, 2013-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib. Oxuduğu müddətdə bəzi dərslərə və imtahanlara gəlmədiyinə görə müəyyən akademik borcları qalıb. A.Babayeva passiv tələbə kimi qeydiyyatdadır". Xatırladaq ki, bu gün Bakıda 23 yaşlı qız intihara cəhd edib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Şirvan şəhəri Sahib Zeynalov küçəsi ev 2, mənzil 22-də qeydiyyatda olan 1991-ci il təvəllüdlü Aysel Muxtar qızı Babayeva ötən gün saat 20:18 radələrində özünü dənizə atmaq istəyərkən vətəndaşlar tərəfindən saxlanılıb. Polisdən A. Babayevanın Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olduğu və hadisəni qayıbları və akademik borcları çox olduğuna görə etdiyi bildirilib.






10 Aprel, 2014  15:02 Baxılıb: 806 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner