Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İçməli suyun verilməsi fasiləsiz rejimə keçəcək

Azərbaycanda su təchizatı tariflərinin artacağı gözlənilmir. Simsar.az xəbər verir ki, bu barədə jurnalistlərə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyib. Q.Hüseynov bildirib: "Tariflərin bugünkü səviyyəsi müəssisənin gəlirli işi üçün yetərlidir". Onun sözlərinə görə, əhalidən ödənişlərin yığım səviyyəsi kifayət qədər yüksəkdir və 94 faiz təşkil edir: "Bu gün problem başqadır: biz istehsal olunan suyun 40 faizdən azacıq çoxunu sata bilirik, itki 56 faiz təşkil edir. Bunun əsas səbəbləri yenilənmə tələb edən köhnə infrastrukturun işi ilə bağlıdır, eləcə də əhalinin su üçün çənlərdən gündəlik istifadəsidir. İçməli suyun verilməsində tədricən fasiləsiz rejimə keçməklə biz bu çənlərin istifadədən çıxarılacağına nail olacağıq. Biz bu istiqamətdə Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə işləyirik". 2011-ci il yanvarın 1-dən Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan və Abşeron rayonunun sakinləri üçün ƏDV nəzərə alınmaqla suyun hər kubmetrinə görə qiyməti 0.30 manat təşkil edir (əvvəlki tarif 0,18 manat). Digər rayonlarda isə bu tarif 0, 25 manat təşkil edir. Sayğacı olmayan abonentlər üçün isə aylıq norma 6 kubmetrdən 5 kubmetrə endirilib.






10 Aprel, 2014  14:55 Baxılıb: 663 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner