Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev NATO rəsmisi ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul edib.

Simsar.az xəbər verir ki, S.Dukaru NATO baş katibi Anders Foq Rasmussenin salamlarını Azərbaycan prezidentinə çatdırıb.

NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib. S.Dukaru bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.


Azərbaycan prezidenti isə NATO-nun Brüsseldəki mənzil- qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırlayıb. Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstanla bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev Anders Foq Rasmussenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.






10 Aprel, 2014  14:25 Baxılıb: 622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner