Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İmişlidə ev yandı: 50 min manat zərər

Bu gün aprelin səhər saatlarında İmişli rayonunun Məzrəli kəndində ev yanıb. Simsar.az xəbər verir ki, kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elmiq Hüseynov açıqlamasında bildirib ki, yanan ev kənd sakini Əlheydər Nuriyevə məxsus olub: “5 otaqlı, 110 kvadratmetr olan birmərtəbəli ev içindəki cehizlik və qızıl- zinət əşyaları ilə birlikdə yanıb”. Vətəndaşa dəymiş zərərin 50 min manatdan yuxarı olduğunu deyən E. Hüseynov evin sığortalı olmadığını da vurğulayıb.
Yanğının səbəbi qısaqapanma olub. Yeri gəlmişkən, icra nümayəndəsi bildirib ki, bir qədər əvvəl kənddə daşınmaz əmlakın sığortasının vacibliyi ilə bağlı təbliğat işləri aparılıb, amma sakinlərin əksəriyyəti, o cümlədən yanan evin sahibi buna lazımi maraq göstərməyib.
Xatırladaq ki, "İcbari sığortalar haqqında" Qanuna əsasən, adı çəkilən kənddəki evləri illik 30 manat ödəməklə sığortalamaq mümkündür. Hadisə baş verəcəyi təqdirdə ev sahibi 15 min manata qədər sığorta ödənişi ala bilər.

Günel






10 Aprel, 2014  13:33 Baxılıb: 785 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner