Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ehsan Zahidov: “Hansı polis o sözü deyib? – AÇIQLAMA

“Polis heç vaxt mənim gücüm çatmır deməz”

Dünən Binəqədi rayonunda Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən Nazim Qəhrəmanov adlı şəxs təzyiqə məruz qalıb. Həmin şəxslər sürücüdən sənədlərini tələb edərək onun taksi sürücüsü olub olmadığını soruşublar. Sənədləri sürücüyə qaytarmadıqlarından sürücü ilə şəxslər arasında mübahisə yaranıb. Hadisəni telefonunun kamerası ilə çəkən aktyor İlqar Cahangirin isə telefonu əlindən alınaraq kartı çıxarılıb. İlqar Cahangir bu barədə danışarkən bildirib ki, hadisədən dərhal sonra Post Patrul Xidmətinə müraciət etsələr də müraciətləri nəticəsiz qalıb. Belə ki, xidmətin əməkdaşları aktyora həmin şəxslərlə “bacarmadıqlarını” deyiblər.

Vətəndaşa qarşı edilən zorakılığa aydınlıq gətirilməsi üçün Daxili İşlər Naziriliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. Lakin E. Zahidov əvvəlcə, bu məsələ ilə bağlı nə üçün onunla danışdığımızı soruşdu: “Hadisə ilə bağlı mənə niyə zəng vurmusuz? Bu işlə Daxili İşlər Nazirliyi məşğul olmur”. Ancaq hadisə zamanı vətəndaşın hüquqlarının və təhlükəsizliyinin pozulduğunu dedikdən sonra nazirliyin sözçüsü, “kimin başına nə iş gəlibsə həmin ərazidə bizim polis orqanları, hüquq mühafizə orqanları var. Buyursun, rəsmi qaydada müraciət etsin, məsələ araşdırılsın”. İlkin müraciət zamanı patrul xidmətinin aktyora dediyi fikirlərə isə Ehsan Zahidov, “Hansı polis o sözü deyib? Dəqiq fakt göstərin. Heç vaxt ola bilməz ki, vətəndaş polisə müraciət etsin, polis isə “mənim gücüm çatmır”,-desin. Belə şey ola bilməz”,- deyə münasibət bildirib.

Daha sonra Simsar.az Binəqədi rayon polis idarəsinin rəisi Zaur Orucov ilə əlaqə saxlasa da o həmin məsələ ilə məşğul olmadığını bildirib.

Qeyd edək ki, Avtomobil Nəqliyyat Departamentindən isə vətəndaşın probleminin qanun çərçivəsində həll ediləcəyi deyilib.

Ülviyyə Cövdətqızı






10 Aprel, 2014  13:18 Baxılıb: 1463 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner