Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yaqub Mahmudovdan Sabir Rüstəmxanlıya CAVAB

AMEA Tarix İnstitunun Direktoru, akademik Yaqub Mahmudov xalq şairi Sabir Rüstəmxanlının Tarix İnstitutu ilə bağlı iddialarına cavab verib. Simsar.az həmin cavabı təqdim edir: “Hörmətli Sabir müəllim sizin 8 apreldə Aznews.az-a verdiyiniz müsahibə Tarix İnstitutunun əməkdaşlarını və şəxsən məni son dərəcə təəccübləndirdi. Sizi narahat edən 7 cildlik “Azərbaycan tarixi” 2003-cü ildə işıq üzü görüb. Sizə yaxşı məlumdur ki, Tarix İnstitutunun yeni rəhbərliyi 2004-cü ildən fəaliyyət göstərir. İnstitutda həyata keçirilən böyük işlər barədə Sizin özünüz də dəfələrlə müsbət fikir söyləmisiniz. 2003-cü ildə nəşr olunmuş 7 cildlik “Azərbaycan tarixi” barədə 2014-cü ildə fikir söyləməyinizi və institutu keçmiş konsepsiyadan “qopa bilməməkdə” suçlamağınızı əsla düzgün addım saymırıq və bu irad ünvanımıza Sizin tərəfinizdən söyləndiyi üçün dərin təəssüf hissi keçiririk. Gördüyümüz işlərə Sizin kimi milli təfəkkür sahiblərinin bu cür qiymət verməsi əməkdaşlarımız arasında ciddi anlaşılmazlığa səbəb olub və haqlı narazılıq doğurub”.






10 Aprel, 2014  12:59 Baxılıb: 606 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner