Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qazax yolunda ağır qəza: iki nəfər həlak olub

Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, hadisə ötən gecə Qazax rayonunun Çaylı kəndi ərazisində qeydə alınıb. Qazax rayon Çaylı kənd sakini, polis nəfəri Şəmistan Bənnayev idarə etdiyi "VAZ 21012" markalı avtomobillə kəndə dönərkən, Ağstafa rayon sakini Zeynal Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin dediyinə görə, qəza o qədər şiddətli olub ki, avtomobillər magistraldan bir neçə metr kənara düşüblər. Məlumata görə, qəza zamanı “VAZ 21012”-nin sürücüsü, polis nəfəri Şəmistan Bənnayev və “Mercedes”də olan sərnişin Akif Həsənov dünyasını dəyişib. “VAZ 21012”-də olan daha bir polis nəfəri Elcan Rzayev və “Mercedes”in sürücüsü Zeynal Həsənov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.






10 Aprel, 2014  12:53 Baxılıb: 671 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner