Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qorbaçova cinayət işi açıla bilər

Rusiya Dövlət Dumasının deputatları SSRİ-nin dağılmasının qeyri-qanuniliyinin tanınmasını tələb edirlər.
Simsar.az xarici mətbuata istinadən xəbər veririr ki, deputatlar İttifaqın dağılması prosesi və bu zaman SSRİ prezidenti olmuş Mixail Qorbaçovun fəaliyyətinin araşdırılmasını təklif ediblər.
Məlumatda o da qeyd olunub ki, M. Qorbaçovun əməlində qanunsuzluq
aşkar olunarsa, SSRİ prezidenti barədə cinayət işi qaldırıla bilər. Parlament üzvləri İttifaqın həmin dövrdə rəhbərliyində təmsil olunan şəxslərin fəaliyyətinin də araşdırılmasını tələb ediblər. Artıq bir qrup deputat bununla bağlı Rusiya Federasiyası Baş prokuroru Yuriy Çaykaya SSRİ-nin süqutu dövrünün araşdırılması ilə bağlı müraciət ünvanlayıblar.
Müraciətdə bildirilib ki, SSRİ-nin ləğvi ilə bağlı 1991-ci ildə keçirilən referendumda ölkə vətəndaşları İttifaqın qalmasının leihinə səs verdikləri halda, ölkə rəhbərliyi qanunazidd hərəkət edərək, dövlətin dağlmasına səbəb olan addım atıblar. Bununla da SSRİ süquta uğrayıb. Deputatlar onu da vurğulayıblar ki, bu tip cinayətlərin araşdırıması hər zaman mümkündür. M. Qorbaçovun isə cinayətdən yayınmaqla bağlı statusu yoxdur.






10 Aprel, 2014  11:22 Baxılıb: 579 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner