Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA-da yeni mükafat təsis edildi

AMEA Aşqarlar Kimyası İnstitutunun Elmi Şurası İnstitutda çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlar aparmağa təşviq etmək, eləcə də İnstitutun adını daşıyan Azərbaycanın görkəmli kimyaçı alimi akademik Əli Quliyevin xatirəsini əbədiləşdirmək məqsədilə “akademik Əli Quliyev adına mükafat” təsis edib. 

Qərara görə, bu mükafata İnstitutda çalışan və yüksək elmi nəticə göstərən gənc alimlər (yaşı 40-a qədər) layiq görüləcək. Bunun üçün İnstitutun laboratoriya rəhbərləri elmi fəaliyyəti ilə seçilən əməkdaşlarının (3 nəfərdən çox olmamaqla) namizədliyini irəli sürə bilər.

Namizədlərin seçimi zamanı onların nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnalda məqaləsinin dərc olunması, xarici ölkələrin birində beynəlxalq konfransda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar kimi əsas meyarlara üstünlük veriləcək.

Aşqarlar Kimyası İnstitutunun Mükafat üzrə Ekspert Komisiyası bütün namizədlər içərisindən 1 nəfəri İnstitut Elmi Şurasının müzakirəsinə təklif edəcək. Şura üzvləri təklif olunan namizədi müzakirə edib haqqında qərar verəcək.

Seçilmiş namizədə diplom və pul mükafatı akademik Əli Quliyevin doğum günü ərəfəsində (may ayının sonu) təqdim olunacaq.






10 Aprel, 2014  11:19 Baxılıb: 787 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner