Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Bugatti”də azyaşlıları girov saxlayan polis rəisi çıxdı

"Axşam saatlarında 16 yaşlı oğlum mənə zəng edərək həyəcanlı səslə bildirdi ki, 170 manat götür, dediyim ünvana gəl. Mən ondan nə baş verdiyini soruşdum, oğlum isə cavab verdi ki, artıq suallar vermə, dediyim ünvana gəlməyə tələs”.
Simsar.az xəbər verir ki, bu sözlər "Azadlıq” qəzetinin elektron ünvanına göndərilmiş bir məktubdandır.
Adının çəkilməməsini xahiş edən məktub müəllifi daha sonra yazır ki, oğlunun dediyi ünvan Nəsimi rayonu, Azadlıq prospekti 58v-də yerləşən "Buqatti” adlı gecə klubu olub: "Həmin gecə klubuna getdim. Bildirdim ki, filankəsin atasıyam. Məni bir otağa apardılar. Həmin otaqda 7 nəfər idmançı görkəmli şəxs var idi. Oğlum və dostu da orda idi. Oğlumun dostu qarın nahiyəsindən aldığı zərbədən ikiqat olmuşdu. Nə baş verdiyini soruşdum. Həmin idmançı görkəmli şəxslərdən nisbətən bəstəboy olan və özünü gecə klubunun sahibi kimi təqdim edən Səbuhi adlı biri mənə dedi ki, oğlunuz dostu ilə kluba gəlib. Sonra onlara 2 qız qoşulub. Həmin qızlar viski və ”Redbull" dəsgahı sifariş veriblər. Deyiblər ki, onları sizin oğlunuz və dostu qonaq edib. Onların sifarişinin qiyməti 170 manat edib. Amma oğlunuz bu pulu vermək istəməyib və ofisiantla aralarında insident yaranıb. Nəticədə mənim adamlarım oğlunuza və dostuna güc tətbiq məcburiyyətində qalıb. Mən oğlumla da danışdım. Lakin o bildirdi ki, həmin qızları tanımırlar. O qızlar əvvəldən gecə klubunda olublar və yalnız onların deyil, başqalarının da masasına oturublar. Anladım ki, bütün bunlar sadəcə tələdir. Səbuhiyə dedim ki, sizin etdiyiniz cinayətdir. Əvvəla, azyaşlını gecə klubuna buraxmağı sizə kim icazə verib? Ikincisi, oğlum hətta nəsə sifariş verib onun pulunu ödəməkdən imtina etmişdisə belə, siz polisə müraciət etməli idiniz. Amma siz cinayətə yol verərək onu öz bildiyiniz kimi mühakimə etmisiniz. Bildirdim ki, sizdən polisə şikayət edəcəm. Lakin həmin Səbuhi adlı şəxs dedi ki, nə polisdən, nə Daxili Işlər Nazirliyindən qorxmur, onları heç saya salmır. Çünki onu Musa Musayev adlı güclü şəxs himayə edir. Sonra onlardan biri mənə dedi ki, yaxşısı budur, Səbuhini hirsləndirmə, yoxsa sənin üçün daha pis olar. Hesabın yarısını ödə problem həll olunsun. Beləliklə, məndən 80 manat alandan sonra oğlumu və dostunu buraxdılar".

Məktub müəllifi deyir ki, gecə klubundan çıxandan sonra yaxınlıqda olan 22-ci polis bölməsinə (!) gedib: "Başımıza gələnləri danışdım, ərizə yazdım. Lakin heç bir nəticəsi yoxdur. Sonradan mənə bəlli oldu ki, Səbuhinin dediyi Musa Musayev adlı şəxs Nəsimi Rayon Polis İdarəsinin rəisidir. Gördüm ki, ərizəmin heç bir nəticəsi olmadı qərara aldım ki, məsələni ictimailəşdirim”.






10 Aprel, 2014  10:55 Baxılıb: 591 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner