Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sığorta qanunvericiliyi sadələşdirilir

Azərbaycanda sığorta sahəsində qanunvericilik aktlarının əhalinin geniş kütlələri tərəfindən anlaşılan sadə dildə yazılmış versiyalarının tərtib edilməsi Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq Komitəsinin bu həftə keçirilmiş iclasında müzakirə edilib. ASA-nın mətbuat xidmətindənSimsar.az-a verilən məlumata görə, iclasda Mülki Məcəllənin sığorta ilə bağlı olan 50-ci fəslinin mətninin anlaşılan sadə dildə yazılmış versiyasının tərtib edilməsi məsələsinə baxılıb. Müzakirələrdə Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsinin sektor müdiri Zəka Mirzəyev, Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin rəisi Mahir Abdullayev iştirak edib.
İclasın yekununda Mülki Məcəllənin sığorta ilə bağlı olan 50-ci fəslinin 4 maddəsinin mətninin bir nümunə olaraq müxtəlif sığorta şirkətlərinin hüquqşunasları tərəfindən anlaşılan sadə dildə yazılmış versiyalarının tərtib edilməsi və onların arasından ən uğurlu yanaşmanı secməklə 50-ci fəslin tam mətninin anlaşılan sadə dildə yazılmış versiyalarının tərtib edilməsi qərara alınıb. 10 gün ərzində ən münasib yanaşma Nazirlik tərəfindən seçiləcək, onu hazırlayan şəxslər müvafiq işçi qrupuna cəlb olunacaq. Bundan başqa, Mülki Məcəllədə öz əksini tapan sığortalılar üçün “Yaddaş vərəqi”nin vahid formasının hazırlanması planlaşdırılır.






10 Aprel, 2014  10:53 Baxılıb: 662 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner