Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Araz Əzimov: “... heç bir dəyişiklik yoxdur”

“İnanmıram ki, həmsədr ölkələr Minsk Qrupu çərçivəsində bir araya gəlib ortaq məxrəcin axtarışı ilə ciddi məşğul olsunlar”

“Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda intensivləşmənin getdiyini demək olmaz. Qarşı tərəfin mövqeyində heç bir dəyişiklik yoxdur və dəyişiklik üçün də tendensiya görünmür”. Simsar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, rəsmi Bakının ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gileyləri həmişə çox olub: “Hazırkı geosiyasi vəziyyətdə Ukraynada baş verənlərlə bağlı həmsədr ölkələr arasında münasibətlər məncə həddən artıq gərginləşib. İnanmıram ki, Minsk Qrupu çərçivəsində onlar bir araya gəlib ortaq məxrəcin axtarışı ilə ciddi məşğul olsunlar. Əgər Minsk Qrupunda hansısa həll görüntüsü yaratmaq istəsələr, bu da bizim maraqlarımıza uyğun gəlmir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüş olub. Anladığım və dəyərləndirdiyim qədər, Ermənistanın xarici işlər naziri həmişəki kimi inkarçılıq mövqeyində dayanıb. Azərbaycan tərəfini belə vəziyyət heç cür qane edə bilməz”.

Prezidentlərin görüşünə gəldikdə isə, A. Əzimov bu barədə heç bir şərh verə bilməyəcəyini vurğulayıb.






10 Aprel, 2014  10:19 Baxılıb: 692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner