Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Nizami"də yeni filmlər

Bu gündən etibarən Nizami Kino Mərkəzində Lyuk Bessonun ssenarisi əsasında rejissor Mak Cinin ekranlaşdırdığı “Cinayət üçün 3 gün” və Nil Bergerin “Divergent” filmlərinin nümayişinə başlanılacaq.
Mərkəzdən Simsar.az-a bildirilib ki, triller, dram, kriminal və döyüş janrında çəkilmiş “Cinayət üçün 3 gün” filmində baş rolu məşhur Amerika aktyoru, iki Oskar mükafatçısı Kevin Kostner oynayıb.
Film xüsusi xidmət agenti İtan Rannerin həyatından bəhs edir. Ağır xəstə olduğunu öyrənən Ranner işdən getmək qərarına gəlir. Amma rəhbərlik ona gəlirlərin federal şurasının məxfi laboratoriyasında alimlərin hazırladığı, ən ağır xəstəliklərdən xilas edə biləcək yeni preparatı təklif edirlər. Bunun müqabilində, o üç gün ərzində həyatı təhlükəsi olan bir tapşırığı yerinə yetirməlidir.
Film amerikan və fransız kinematoqrafçılarının müştərək işidir.
Növbəti fantastika, macəra və döyüş janrında çəkilmiş “Divergent” filmi də Amerika istehsalıdır.
Filmdə hadisələr gələcəkdə Çikaqoda cərəyan edir. On altı yaşına çatmış bütün yeniyetmələr, müəyyən xüsusiyyətləri rəhbər tutan beş fraksiyadan birini seçib ömürlük ona qoşulmalıdılar.
Filmdə Şeylin Vudli, Teo Ceyms, Eşli Cadd, Keyt Uinslet və başqaları çəkiliblər.

Günel






10 Aprel, 2014  09:39 Baxılıb: 770 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner