Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AMEA-da “Dədə Qorqud günü” keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə akademiyanın Əlyazmalar İnstitutunda “Kitabi-Dədə Qorqud”un 1300 illik beynəlxalq yubiley tədbirinin ildönümü və Qorqudşünaslığın 200 illiyi münasibətilə “Dədə Qorqud Günü” keçirilib.
Simsar.az xəbər verir ki, tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov tədbirin əhəmiyyətindən, Qorqudşünaslığın 200 illiyi münasibətilə görülməsi nəzərdə tutulan işlərdən danışıb. O, Qorqudşünaslığa həsr olunan kitablar haqqında danışarkən bildirib ki, indiyədək Azərbaycan alimləri bu sahədə təqdirəlayiq elmi əsərlər nəşr etdiriblər.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Tofiq Hacıyev “Kitabi-Dədə Qorqud” dastanının dünyada təbliği istiqamətində dövlət səviyyəsində görülən işlərdən, dastanın dünya səviyyəsində tanıdılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərdən danışıb.
Tədbirdə professor Əzizxan Tanrıverdiyev “Kitabi-Dədə Qorqud”dakı bəzi sözlərin transkripsiyası və semantikası barədə”, filologiya üzrə fəlsəfə doktoru Xəliyyədin Xəlilli “Dədə Qorqud oğuznamələrinə dövlətçilik terminləri necə daxil edilmişdir” mövzularında məruzələrlə çıxış edib.

Günel






10 Aprel, 2014  09:25 Baxılıb: 912 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner