Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Deputatlar prezidentin İran səfərini qiymətləndirdilər

Ölkə başçısı İlham Əliyevin İranda rəsmi səfəri davam edir. Bu səfər İran Azərbaycan münasibətlərinə nə kimi təsir edəcək? Prezidentin bölgəyə səfəri iki qonşunun münasibətlərini Azərbaycanın xeyrinə dəyişəcəkmi?
Simsar.az mövzu ətrafında millət vəkillərinin fikirlərini təqdim edir:

Millət vəkili Aydın Mirzəzadə qeyd edir ki, Azərbaycan və İranın daim gözəl əlaqələri olub. “Bizləri qədim tarix və din birləşdirir. Hər iki dövlət biri-birinin beynəlxalq aləmdə apardığı xarici siyasətə hörmətlə yanaşır. Bu günə kimi də hər iki tərəf arasında çox sıx iqtisadi, siyasi və humanitar əlaqələr var. Ölkə başçısının səfəri bu münsibətləri daha da dərinləşməsinə xidmət edir”. Millət vəkili əlavə edib ki, Ermənistan və İranın çox sıx dostluq əlaqələri var. “İran bu əlaqələri özünün xarici siyasəti ilə bağlayır. Azərbaycan bu məsələdə narazıdır və öz etirazını bildirir. Məqsədimiz iki dövlət arasında münasibətlərə təzyiq etmək deyil. Azərbaycan torpaqlarını işğal edən Ermənistanın dövlətlər tərəfindən də diplomatik təzyiqə məruz qalmasıdır. Ümid edirik ki, hər iki dövlət daha çox məsələlər üzrə birgə hərəkət edə biləcəklər”.

“Prezidentin İrana səfəri yeni prespektivlər aça biləcək xarakterdə ola bilər. Ancaq bunun üçün İran tərəfinin Azərbaycana qarşı siyasətində köklü dəyişikliklər baş verməlidir. Birinci növbədə Ermənistanı dəstəkləmək siyasətindən imtina olunmalıdır. Əks halda münasibətlər nə qədər normal saxlansa da inamsızlıq davam edəcək. Ümid edək ki, bu səfər İran üçün qeyd olunan məsələnin bir daha gözdən keçirilməsi üçün əlverişli fürsət olacaq” - bunları isə millət vəkili Fazil Mustafa qeyd edib.

Millət vəkili İlyas İsmayılov isə bildirir ki, Azərbaycan prezidentinin İrana getməsini yüksək qiymətləndirir. Hər iki dövlətin birgə imzaladığı sənədlər İranla Azərbaycan arasında əlaqələrin daha da yaxşılaşması üçün atılan ən böyük addımlardan biridir. Ermənistan-İran münasibətlərinə gəlincə isə mən hər hansı bir dəyişikliyin olmasını gözləmirəm. Çünki onların ermənilərə qarşı münasibəti açıq aydın bəllidir. Onların azərbaycanlılara qarşı Xocalı soyqırımını təşkil edən ermənilərlə münasibətləri digər müsəlman dövlətləri ilə əlaqələrindən daha sıxdır”.

Aynur Bayramova






9 Aprel, 2014  19:15 Baxılıb: 777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner