Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Kiyevdə azərbaycanlı tələbə döyülərək qarət edilib

Ukraynanın paytaxtı Kiyevdə qollarına “Pravıy sektor” təşkilatının sarğısını bağlamış maskalı gənclər azərbaycanlı tələbə Bayramov Sübhan Bayram oğluna hücum edərək döyüb, sonra isə onu qarət ediblər.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, hadisə aprelin 7-si, saat 22:00 radələrində Maydana yaxın Qruşevski küçəsində baş verib.

Maskalı gənclər 25 yaşlı Sübhanın qarşısını kəsib siqaret istəyiblər. Sübhan siqaret çəkən olmadığını bildirəndə ondan pul tələb ediblər. S. Bayramovdan sərt reaksiya görəndə isə maskalılar onu döyməyə başlayıblar.

Xeyli döydükdən sonra pul qabını və mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıblar.

Yaxınlıqdakı şəxslər davaya müdaxilə etməsələr də, maskalılar hadisə yerindən uzaqlaşandan sonra Sübhanı xəstəxanaya çatdırıblar.

Yaxınları hazırda S. Bayramovun vəziyyətinin yaxşı olduğunu deyiblər.






9 Aprel, 2014  18:23 Baxılıb: 717 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner