Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dönərxanalarda monitorinqlər başladı - ÖZƏL

Fazil Talıblı: “Heç bir müəssisəyə güzəşt edilməyəcək”

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən dönərlə bağlı qəbul edilmiş dövlət standartının tələblərinəuyğun olaraq, yoxlama aparılır. Biz dönər istehsal edən müəssisələrə dəfələrlə bildirmişik ki,dönər mnəhsulu istehsala, bişirilməyə getməzdən öncə mütləq sertifikatlaşdırılmalıdır. Yəni, dönər məhsuları məcburi olaraq sertifikatlaşdırılma prosesinə düşən məhsuldur. Bunu Simsar.az-a açıqlamasında Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. O, əlavə edib ki, bu gün Azərbyacanda az sayda istehsalçı dönər istehsalını sertifikatlaşdırıb. “İaşə xidməti müəssisələri isə sertifikatlaşdırılmış dönər ətini öz müəssisələrində hazırlayaraq istehlakçılara təqdim etməlidirlər. Dönərxanalarda antisanitar vəziyyətlə bağlı tərəfimizdən nəzarət tədbirləri aparılır. İstehsalçılar bilməlidirlər ki, məhsullarını sertifikatlaşdırmadan, məhsullarının keyfiyyətini, təhlükəsizliyini təsdiq etmədən onları satışa çıxara bilməzlər. Onun sözlərinə görə, Nəzarət xidməti harda belə halları aşkarlayacaqsa, İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq həmin müəssisəni cərimələyəcək və istehsalı dayandıracaq. Heç bir müəssisəyə güzəşt edilməyəcək”.
Qurum rəsmisi ötən il antisanitar hallar və məhsulların təhlükəsizliyi ilə bağlı dönərxanalarda 20-dən çox saxtakarlıq faktlarının araşdırıldığını və həmin müəssisələrin fəaliyyəti ilə bağlı qətiimkan tədbirləri görüldüyünü deyib.
Xatırladaq ki, dünəndən başlayaraq, sosial şəbəkələrdə eləcə də bəzi mətbuat orqanlarında dönərxanalarla bağlı daha bir dəhşətli video yayılıb. Qısa müddət ərzində hər kəsin böyük marağına səbəb olan görüntülərdə siçovul hazırlanmaqda olan dönərin üstündə gəzişir.

Aysel Kərimova






9 Aprel, 2014  17:11 Baxılıb: 686 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner