Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Nazirlikdən yaralı əsgərlərlə bağlı AÇIQLAMA

"Yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur".

Müdafiə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, bunu Azərbaycan Respublikasının Silahlı Qüvvələrin baş cərrahı, polkovnik Famil Babayev deyib. O bildirib ki, ötən gün mina partlaması nəticəsində yaralanan hərbçilərin vəziyyəti stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur:

"Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin baş cərrahı və baş reanimotoloqu hadisə bölgəsinə yollanıblar.

Yaralıların hamısına yerində baxış keçirilib. Xəsarət alanlar çox qısa müddətdə bölgədəki müalicə müəsissəsinə çatdırılıblar, hər birinə vaxtında müvafiq yardımlar göstərilib.

Yaralılara daha ixtisaslaşdırılmış yardımın göstərilməsi məqsədilə onlar sanitar aviasiya vasitəsilə Silalhli Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə olunub.
Ümummiyyətlə qeyd etmək istərdim ki, yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Onların müalicəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimlərinin tam nəzarəti altındadır və adekvat gedir.

Müalicə müddəti hələ tam bəlli deyil. Bunu əvvəlcədən planlaşdırmaq mümkün deyil. Bu, bir çox səbəblərdən asıllıdır. Düşünürəm ki, yaxın 10 gündə müalicənin yekunları haqqında məlumat vermək mümkün olacaqdır.

Yüngül xəsarət alanlar yerində hərtərəfli müəyinə olundu. Ciddi zədələri olmadığından hər hansı bir dərin müayinəyə, yaxud Silalhli Qüvvələrin Baş Klinik Hospitalında müəlicəyə ehtiyac yoxdur.

Əsas diqqət çəkənlər isə hospitala gətirilib. Yaralılar sanitar helikopter vasitəsilə gətirilib. Helikopterdə yol boyu ixtisaslaşdırılmış cərahiyyə yardımı, ümummiyyətlə reanimasion tədbir görmək üçün bütün lazımi avadanlıq, dərman preparatları vardır. Uçuş müddətində hansısa bir hal baş verərsə dərhal onu aradan qaldırmaq üçün helikopter ən müasir avadanlıqla təchiz olunub.

Xəstələrə psixoloji yardım da göstəriləcəkdir. Təbii ki, bu önəmli məsələlərdən biridir. Artıq o iş başlanıb. Birinci gündən onların psixoloji reabilitasiyası ilə məşğul olunur, məsələ tam nəzarət altındadır".

Xatırladaq ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlayıb. Nəticədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.






9 Aprel, 2014  17:06 Baxılıb: 675 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner