Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Millət vəkilləri prezidentlərin görüşündən nə gözləyir? – MÜNASİBƏT

ATƏT-in həmsədrləri prezidentlərin görüşü üçün danışıqlar aparır. Bəs bu görüş yaxın günlərdə baş tutacaqmı? 
Simsar.az bu barədə millət vəkillərinin münasibətini öyrəndi.


Rasim Musabəyov: Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutacağı hələ məlum deyil. Azərbaycan görüşü görüş xətrinə keçirmək niyyətində deyil. Praqada birgə təşkil olunan görüş ayaq üstü danışıq idi. Bununla nəyəsə nail olmağın mümkünlüyündən danışmaq olmaz. Yəni, bu, həlledici görüş deyildi. Ehtimal etmirəm ki, prezidentlərin görüşü baş tutacaq. Əgər tutsa belə, da nəyəsə nail olamaq haqqında danışmaq olmaz. Çünki indiyədək baş tutan görüşlərin bir nəticəsi yoxdur. Hələlik siyasi proseslərdə yaxşı bir şey vəd edən heç bir işarə yoxdur”.

Millət vəkili Yevda Abramov da indiyədək keçirilən görüşlərdə heç nə əldə olunmadığını dedi. “Bu gün dünyada baş verən proseslər bizdən tələb edir ki, ATƏT-in Minsk Qurupu ilə razılaşaq. Ancaq hər görüşdə qismən də olsa, bir irəlləyiş əldə olunur. Sadəcə, diqqəti cəlb edəcək bir irəlləyiş olmayıb. Amma hər halda görüşlərin intensiv keçirilməsi lazımdır ki, gələcəkdə hansısa bir razılaşmanın bir xəttində, cümləsində kiçicik də də olsa irəliləyiş olsun”.
Millət vəkili həmçinin vurğulayıb ki, dünyadakı proseslər ATƏT-in Minsk Qurupunu bir sıra məsələlərdə operativ olmağa vadar edir. Xüsusən də Ukraynada gedən hadisələr. Açığı mən bu görüşdə Azərbaycan və Ermənistan arasında bir irəlləyişin əldə olunmasını gözləyirəm”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan sonuncu dəfə 2013-cü ilin noyabrında Vyanada görüşüblər.

Aynur Bayramova






9 Aprel, 2014  16:35 Baxılıb: 761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner