Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA-da növbəti treninq

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı “Horizon-2020” çərçivəsində treninq keçirib. Simsar.az xəbər verir ki, AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsi və Regional İnnovativ Texnologiyalar Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə Xarici İşlər və Təhsil nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nümayəndələri, həmçinin beynəlxalq ekspertlər iştirak edib.

Treninqdə “Horizon-2020” proqramı çərçivəsində Avropa Birliyi (AB), Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmin təşkilatların İKT sahəsində birgə fəaliyyət imkanları müzakirə olunub. Bildirilib ki, AB nümayəndələri ilə həyata keçirilən bu cür görüşlər elm və biznes əlaqələri ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində də böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, iki gün davam edəcək treninq “Horizon-2020” proqramı müddətində nəzərdə tutulan 5 tədbirdən ikincisidir.

Simsar.az






9 Aprel, 2014  15:53 Baxılıb: 686 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner