Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yeni virus taxılçılığa təsir edəcəkmi? – MÜNASIBƏT

Azərbaycanda taxıl bitkilərində məhsuldarlığa ciddi ziyan vura bilən daha üç yeni virus aşkarlanıb.
Simsar.az-ın məlumatına görə, bu barədə Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu məlumat yayıb. Aşkarlanmış yeni viruslar Azərbaycan üçün yeni olsa da, dünya elminə artıq məlumdur.

Ümumilikdə dənli taxıl bitkilərində 5 yeni virus aşkarlanıb.
Adı çəkilən viruslardan arpa buğda bitkilərini necə qorumaq lazımdır? Yeni viruslar məhsuldarlığı azalda bilərmi?
Məsələ ilə bağlı Simsar.az-a şərh verən Kənd Təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, Azərbaycanda hələlik bu yeni viruslar geniş yayılmayıb. Ancaq viruslara qarşı mübarizə aparılmadıqda bitkilərin məhsuldarlığı azalır. Azərbaycanda bu virusların yayılmasında regionların coğrafi xüsusiyyətləri də rol oynaya bilər. Yayılan viruslara qarşı mübarizə aparmaq üçün yeni dərman preparatlarından istifadə etmək lazımdır. Digər preparatlar belə virusları məhv edəcək gücə malik deyil.
Ekspert adı çəkilən virusların Azərbaycanda geniş yayılmadığını desə də əslində, bu virusun taxıl bitkilərində əvvəllər də mövcud olduğunu bildirib:
“Taxıl yarpağında saralma ilə başlayan xəstəlik bitkinin inkişaf prosesinə və fotosintez prosesinin getməsində ləngimələr yaradır. Nəticə olaraq isə adı çəkilən viruslara yoluxan bitkilərin məhsuldarlığı təhlükə altında qalır”.
Yayılan virusun Azərbaycan üçün yeni simpton olduğunu deyən ekspert taxıl bitkiləri üçün təhlükə mənbəyi ola biləcək yerni viruslarla mübasrizə aparmaq üçün qonşu ölkələrin Rusiya və Avropa ölkələrinin təcrübəsindən yararlanmağı tövsiyə edir.
Fermerlərin adı çəkilən zərərəvericilər haqqında ümuniyyətlə məlumatlı olmadığını deyən V.Məhərrəmov bu işdə fermerlərə mütəxəsislərlə məsləhətləşməyin vacib olduğunu deyir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Simsar.az-a açıqlamasında bölgələrdən Nazirliyə bitkilərdə yayılan yeni viruslarla bağlı bölgələrdən hər hansı müraciətin daxil olmadığını deyir.
“Taxıl bitkilərində yeni virusların yayılmasını güman etmirik. Toxum səpini vaxtı zərərəverici həşəratlara qarşı bitkilərə lazımi qədər dərman preparatları verilib”.

Aysel Kərimova






9 Aprel, 2014  15:32 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner