Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İblis” pyesi İstanbul səhnəsində

Türkiyə İstanbul şəhər Bələdiyyə Teatrı növbəti mövsümdə H.Cavidin “İblis” pyesini səhnəyə qoymağı planlaşdırır. Simsar.az xəbər verir ki, “İblis” pyesinin Türkiyədə səhnəyə qoyulması Hüseyn Cavid yaradıcılığını beynəlxalq aləmdə tanıtmaq məqsədi daşıyır.

Qeyd edək ki, bu il həm də “İblis” faciəsinin ilk dəfə kitab şəklində nəşr olunmasından 90 il ötür.

İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru olan azərbaycanlı aktrisa Məlahət Abbasovanın bu əsərin səhnəyə qoyulmasında böyük rolu var. M.Abbasova bildirib ki, bu teatrda H.Cavidin yaradıcılığına ilk dəfədir ki, müraciət olunur. “Ümid edirik ki, bu əsər türk tamaşaçısı tərəfindən böyük maraqla qarşılanacaq”.

Qeyd edək ki, bu yaxınlarda Hüseyn Cavidin külliyyatı Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun təşəbbüsü ilə türk dilinə tərcümə olunaraq nəşr edilib və həmin kitabın H.Cavidin təhsil aldığı İstanbul Universitetində təqdimatı keçirilib.

 

 






9 Aprel, 2014  14:33 Baxılıb: 856 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner