Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İran səfiri mübahisəli ərazidən danışdı

“Heç bir ölkənin ərazisi digər ölkəyə birləşdirilməyib”

İranın Azərbaycandakı Səfiri İran Möhsün Pak Ayin İran Sərhəd Polisinin Beynəlxalq Əlaqələr və Sərhəd Müqavilələri üzrə müavini polkovnik Həsən Mömini, general Hüseyn Zülfüqarinin son açıqlamalarına aydınlıq gətirib.

Səfirlikdən Simsar.az-a verilən məlumata görə, polkovnik Həsən Mömini deyib ki, “Culfa sərhəd körpüsünün istifadəyə verilməsi mövzusu məhz ixtisasi, texniki və hüquqi mövzudur. İki ölkənin  texniki və hüquqi ekspertlərinin arasındakı fikir ayrılığı səbəbindən bu körpünün istismarı təxirə salınıb.

Sonda iki ölkə ekspertləri və məsul şəxsləri arasında keçirirlmiş davamlı müzakirə və görüşlər nəticə verib”.

İran rəsmisi qeyd edib ki, “bu körpünün istismarı hər iki ölkə üçün etibarlı və vacib hesab olunan 1336-cı il şəmsi il sərhəd müqaviləsi və sərhəd protokolları əsasında həyata keçirib”.

O, əlavə edib ki, “Culfadakı yeni körpünün üzərindən sərhəd nışanının təyin olunması ikitərəfli protokollor əsasında həyata keçirilib və bu körpü 1392 şəmsi ilinin 23 bəhmən tarixində (12.02.2014) istismara verilib.

Bu körpünün açılışı Azərbaycan və İran arasında münasibətlərin inkişafı və sərhədyanı ərazi sakinlərinin rifahı üçün müsbət addımdır. İran Sərhəd Polisinin Beynəlxalq Əlaqələr və Sərhəd Müqavilələri üzrə müavini İran konstitusiyasının 78-ci maddəsinə işarə edərək (Sərhəd nişanlarının dəyişdirilməsi qadağan olunub. Cüzi dəyişiklik  iki ölkə razılığı, ərazi bütövlüyü nəzərə alınaraq və Milli Məclisin böyük əksəriyyətinin razılığı ilə reallaşa bilər) bilinib. Belə ki,  iki ölkə sərhəd nişanlarında heç bir dəyişiklik baş verməyib, heç bir ölkənin torpaqları digər ölkəyə birləşməyib, yalnız Culfa sərhəd körpüsünün üzərindəki sərhəd nişanları dəqiqləşdirilib.

Sonda o, təkidlə bildirib ki, “ekspert və sərhəd məsulları iki ölkə ərazi bütövlüyünün əhəmiyyətini nəzərə alaraq sərhəd məsələlərinə böyük diqqət və ehtiyatla yanaşırlar və bu cür texniki fikir ayrılıqları hər bir ölkə sərhədlərində təbii və normal haldır”.

Qeyd edək ki, İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari bu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında İran və Azərbaycan arasında sərhəddə mövcud olan 44 metrlik mübahisəli ərazinin İrana birləşdirildiyini qeyd edib.

Aynur Bayramova






9 Aprel, 2014  13:46 Baxılıb: 664 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner