Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sumqayıtda qəzaya düşənlərə sığorta ödənişi veriləcək

Sumqayıtda baş verən ağır yol qəzasında ölən və xəsarət alanlar sığorta ödənişi alacaqlar. Bu, "İcbarı sığortalar haqqında" qanunda nəzərdə tutulub

Simsar.az xəbər verir ki, İcbarı Sığortalar Bürosunun (İSB)  hüquqi təminat və inzibati işlər idarəsinin müdiri  Nazilə Hüseynova fins.az-a bildirib ki, qanunun 14-cü maddəsinin tələbinə görə, hadisə nəticəsində həlak olan vətəndaşların ailələri və xəsarət alan vətəndaşlar üçün kompensasiyalar nəzərdə tutulub.

Belə ki, ölən şəxsin ailə üzvlərinə 5000 manat, 1-ci qrup əlilliyə görə  4000 manat, 2-ci qrup əlilliyə görə 3000 manat, 3-cü qrup əlillik dərəcəsinə görə isə 2000 manat sığorta ödənişi nəzərdə tutulub. Zərər dəymiş sərnişin avtobusuna isə 5000 manata qədər sığorta ödənişi ediləcək.

Xatırladaq ki, aprelin 8-i  saat 17:00 radələrində Sumqayıt Texnologiya parkının yanında ağır yol qəzası baş verib. Magistral yolla hərəkət edən "50 AE 109" dövlət nömrə nişanlı "İsuzu" markalı sərnişin avtobusu ilə "90 JH 537" nömrəli "MAZ" markalı (müxtəlif mətbuat vasitələrində qəzanı törədən avtomobilin markası fərqi - "Şadman", "Maz" və ya "Ford" kimi göstərilib) yük maşını toqquşub. Zərbənin təsirindən avtobusun qabaq hissəsi tamamilə dağılıb, avtobusun sürücüsü Ramiz Qurban oğlu Muradov isə hadisə yerindəcə həlak olub. Yaralılardan 9-u Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə, 16-sı isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır. Faktla bağlı Sumqayıt Şəhər Yol Polisi İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə iştirakçıları olan "90 JH 537" nömrəli yük avtomobili "Paşa Sığorta" şirkətində, "50 AE 109" nömrəli avtobus isə "Azərsığorta" Dövlət Sığorta şirkətində sığortalanıb.

Qanuna görə, sürücü sərxoş və ya etibarnaməsi olmadığı halda qəza törədibsə, bu zaman sığorta şirkəti  sığorta ödənişi verir və daha sonra məhkəmə yolu ilə  dəymiş zərəri qəza törədən sürücünün hesabına təmin edir.

 






9 Aprel, 2014  13:25 Baxılıb: 1008 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner