Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tələbələrimiz “Gələcəyin ulduzları” layihəsində iştirak ediblər

Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə “Gələcəyin ulduzları” adlı layihədə iştirak etmək təklif edilib.

Simsar.az xəbər verir ki, layihənin məqsədi ölkələrarası mədəni əlaqələrin inkişafı, gənclər və yeniyetmələr arasında yaradıcı münasibətlər formalaşdırmaqdan ibarət olub.

Bu layihənin reallaşdırılması Bülbül adına orta ixtisas musiqi məktəbinə həvalə olunub. Layihənin tələblərinə görə, yaşı 14-dək olan 2 ifaçı Tbilisi Konservatoriyasının “Grand Hall”nda 25 dəqiqəlik solo proqramla çıxış etməli idi.

Konsertdə iştirak etmək üçün Bülbül adına orta ixtisas musiqi məktəbinin VII sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova (fortepiano) və IX sinif şagirdi, respublika müsabiqələri laureatı Cəmilə Əsgərzadə (skripka) seçilib. Bu konsertdə, həmçinin iki gürcü ifaçının da iştirakı nəzərdə tutulub.

Konsertdə ölkəmizi təmsil edən ifaçıların hər ikisi böyük uğurla çıxış edərək dinləyiciləri heyran qoyub. Pianoçu olmasına baxmayaraq, həm də skripka aləti ifaçılığı ilə məşğul olan Leyla Zeynalovanın ilk çıxışı heyrət doğurub. Tamaşaçılar əvvəlcədən elan olunduğu kimi, pianoçunun ifasını gözlədikləri halda, Leyla səhnəyə skripka ilə çıxaraq A.Həşimov- A.Əliyevin “Bayatı-Şiraz”ını səsləndirib. Sonra isə fortepiano arxasına keçərək Q.Qarayevin və F.Şopenin əsərlərini ustalıqla ifa edib.

Digər azərbaycanlı skripkaçı Cəmilə Əsgərzadənin ifasında G.Venyavskinin, P.Sarasatenin, A.Bazzininin əsərləri, həmçinin A.Həşimov- A.Əliyevin “Şur” simfonik muğamı yüksək səviyyədə səslənərək tamaşaçıların sürəkli alqışlarına səbəb olub.

Hər iki ifaçı tamaşaçıların xahişi ilə yenidən təkrar səhnəyə dəvət olunub.

Qeyd edək ki, Leyla Zeynalova bu layihədən bir qədər əvvəl Narvada keçirilən F.Şopen adına müsabiqənin laureatı adına layiq görülmüş, Cəmilə Əsgərzadə isə Moskvada V.Spivakov Fondunun təşkil etdiyi konsertə dəvət alaraq ölkəmizi bu tədbirdə uğurla təmsil edib.

Günel







9 Aprel, 2014  12:46 Baxılıb: 841 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner