Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

AİB sədri bu videoya görə dövlət qurumlarını vurdu - VİDEO

“Onlar işlərini  düzgün icra etmirlər”

Sosial şəbəkələrdə eləcə də bəzi mətbuat orqanlarında dönərxanalarla bağlı daha bir dəhşətli video yayılıb. Simsar.az xəbər verir ki, qısa müddət ərzində hər kəsin böyük marağına səbəb olan görüntülərdə siçovul hazırlanmaqda olan dönərin üstündə gəzişir.

Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla əlaqə saxladıq.  O, bir il əvvəl Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dönərxanaların standartının hazırlanıb təsdiq olunduğunu bildirdi. “Apardığımız  monitorinqlər göstərir ki, dönərxanaların 80% -i təsdiq olunmuş  standartlara cavab vermir. Bu işə nəzarət edən dövlət orqanları üzərlərinə düşən vəzifəni lazımınca yerinə yetirmirlər”.

AİB sədrinin sözlərinə görə, “Səhiyyə Nazirliyinin  Gigiyeniya və Epidemologiya Mərkəzi 2005-ci ildə toyuq dönərinin satışını qadağan etsə də, apardığımız monitorinqlər göstərir  ki, 85% yerlərdə toyuq dönərinin satışı davam edir. Toyuq dönərinin mənşəyi məlumdursa bu məhsul nəyə görə satılmamalıdır? Bu onu göstərir ki Səhiyyə Nazirliyinin bu sahədə işi lazımi səviyyədə qurulmayıb”.

“Nəticə ona görə pisdir ki, dövlət orqanları sistemli halda fəaliyyət göstərmirlər.  Dövlət orqanları bazara nəzarət etmək üçün ayr-ayrı sahələr üzrə mübarizə aparırlar. İstehlakçı hüquqlarının qorunması sahəsində işlər isə bərbaddır. Ölkədə dövlət orqanlarının istehlakçı hüquqlarının qorunması sahəsində apardığı işlər özünü doğrultmadığına görə, belə mənfi hallar davam edəcək” – E. Hüseynov belə deyib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə məsələ ilə bağlı məlumatlı olmadığını bildirib. "Yayılan videoya baxmamışam. Biz bu məsələni araşdıracağıq. Məlum hadisə ilə bağlı monitorinq apardıqdan sonra ictiamiyyətə məlumat verəcəyik”.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, bu dəqiqə Bakıdakı dönər obyektlərində belə problemlər mövcuddur. Lakin bu problemləri aradan qaldırmaq çox çətindir. “Biz mütəmadi reydlər keçiririk. Hadisənin hansı dönərxanada baş verməsi haqda məlumatlı olmasaq da, məsələ ilə əlaqədar tərəfimizdən lazımi tədbirlər görüləcək".

Qurum rəsmisi vətəndaşlara da həmin dönərlərdən istifadə edərkən ehtiyatlı olmağı məsləhət bilir: “Vətəndaşlar dövlət qeydiyyatından keçən dönər satılan obyektlərdən məhsul almalıdırlar. Məhsulun keyfiyyəti və mənbəyilə maraqlanmaq lazımdır”.

P.S. Dövlət qurumlarının xəbərsiz olduğu videonu təkrar təqdim edirik ki, laqeyd yanaşdıqları hadisəni öz gözləri ilə görsünlər.

Aysel Kərimova







9 Aprel, 2014  12:16 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner