Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Baku Guide" bələdçi kataloqu nəşr olunub

Azərbaycanın turizm imkanlarının təbliği, ölkəmizə təşrif buyuran qonaqlara nümunəvi turizm xidmətinin təşkili üçün bir çox layihələr həyata keçirilir

Simsar.az xəbər verir ki, bu günlərdə  "Baku Guide" bələdçi kataloqunun ilk sayı işıq üzü görüb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq hazırlanan və nəfis tərtibatda, yüksək poliqrafik keyfiyyətlə çap edilən kataloq ölkəmizə gələn turistlər üçün zəngin informasiya mənbəyidir.

Kataloqda Bakının küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, rəsm qalereyaları, teatr və konsert müəssisələri, muzeylər, kitab evləri, idman və sərgi kompleksləri haqqında təfərrüatlı məlumat verilir. Nəşrdə ay ərzində keçirilməsi planlaşdırılan mədəni-kütləvi tədbirlər, teatr və konsert müəssisələrinin repertuarları, festivallar, sərgilər, bayramlar və s. barədə məlumatlar, eləcə də tədbirlərin keçiriləcəyi ünvan, tarix, əlaqə telefonları yer alır.

Eyni zamanda, turistləri və şəhərimizin qonaqlarını maraqlandıra biləcək hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım ala biləcəkləri çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapıb. Bir sözlə, "Bakı haqqında hər şey" ("All about Baku") konseptində hazırlanan nəşr hər ay oxucuların görüşünə gələcək, onları paytaxtımız haqqında, şəhərin mədəni və işgüzar həyatı barədə üç dildə - Azərbaycan, ingilis və rus dilində məlumatlandıracaq. Kataloq paytaxtımızın yerli və xarici qonaqları ilə yanaşı, şəhər sakinləri üçün də faydalı nəşr, dolğun məlumat mənbəyidir.

Gələn il paytaxtımızda keçiriləcək I Avropa Oyunları ərəfəsində "Baku Guide" xüsusilə böyük tirajla şəhərimizin qonaqlarına təqdim olunacaq.

Günel

 

 






9 Aprel, 2014  10:58 Baxılıb: 696 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner