Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir tanınmış tenorla görüşdü

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günlərdə Bakıda qonaq olan tanınmış azərbaycanlı tenor, İtaliyanın Milan şəhərində yaşayan və yaradıcılıq fəaliyyəti göstərən Yusif Eyvazov və həmyerlimizin opera səhnəsində tərəf-müqabili, məşhur rusiyalı opera sənətçisi Anna Netrebko ilə görüşüb.

Simsar.az xəbər verir ki, nazir Yusif Eyvazovun və Anna Netrebkonun yaradıcılığı ilə maraqlanıb, onlara uğurlar arzulayıb. Həmyerlimiz Yusif Eyvazovun dünya opera sənətinin mərkəzi olan İtaliyada fəaliyyətini yüksək qiymətləndirib, onun uğurlu çıxışlarını izlədiyini deyib. Hər iki sənətçi xoş sözlərə minnətdarlıq edərək bu yaxınlarda Roma səhnəsində birgə çıxış etdikləri Cakomo Puççininin "Manon Lesko" operası haqqında nazirə məlumat veriblər.

Xatırladaq ki, fevralın 27-də Roma Opera Teatrında (Teatro dell'Opera di Roma) məşhur bəstəkar Cakomo Puççininin "Manon Lesko" ("Manon Lescaut") operasının nümayişi anşlaqla keçib. Operada azərbaycanlı tenor Yusif Eyvazov kavaler de Grie (Des Grieux) partiyasını, rusiyalı soprano Anna Netrebko isə Manon Lesko partiyasını ifa edib. Rejissoru Kiara Muti, dirijoru isə əfsanəvi Rikkardo Muti olan opera tamaşası böyük maraq doğurub. Tamaşanı İtaliya Prezidenti Ciorcio Napolitano və xanımı Klio Napolitano, Roma şəhərinin meri İqnazio Marino, ölkənin mədəniyyət və turizm naziri Dario Françeskini, məşhur incəsənət xadimləri, diplomatik nümayəndəliklərin təmsilçiləri izləyiblər. 15 ildir İtaliyada yaşayan Yusif Eyvazov bu ölkədə, eləcə də Fransa, Avstriya, Almaniya, Yaponiya, Rusiya və digər ölkələrdə beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı, məşhur italyan musiqişünas Cianandrea Qavazzeni adına "Şərəf" medalının laureatıdır. Milanın "La Skala" operasının və Monte-Karlo Kral operasının kollektivi ilə dünyanın bir çox səhnələrində parlaq çıxışları ilə alqışlar qazanıb. 2012-ci ildə Bakıda vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsində birinci yeri tutub.

Məşhur opera müğənnisi Anna Netrebko Rusiyanın Xalq artisti, beynəlxalq müsabiqələrin, "Classical BRIT Awards","German Media Award" mükafatlarının laureatıdır. Sənətçilər paytaxtımızın mədəni həyatı ilə də tanış olub, incəsənət xadimləri ilə görüşüb, yaradıcılıqla bağlı fikir mübadiləsi aparıblar.

Günel







9 Aprel, 2014  10:37 Baxılıb: 2739 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner