Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Lütfəli Abdullayevin yubileyi keçirildi

Musiqili Teatrda xalq artistis Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Simsar.az  xəbər verir ki, yubiley gecəsini tanınmış rejissor Cahangir Novruzov idarə edib

Gecədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirilib ki, Lütfəli Abdullayev mədəniyyətimizin, teatr sənətimizin ən parlaq və ləyaqətli korifey nümayəndələrindən, Azərbaycan gülüş sənətinin yaradıcılarından biridir.

Qeyd edilib ki, Lütfəli Abdullayev çox qısa, lakin son dərəcə zəngin bir ömür yolu keçib. Yaşadığı 59 il ərzində Azərbaycanın teatr və kino sənətinin ən möhtəşəm obrazlarını yaratmağa nail olub. 1938-ci ildən ömrünü bağladığı Azərbaycan Dövlət Musiqili Teatrı sanki onu ömrünün sonunadək buradan başqa yerə getməyə imkan verməyib. Vurğulanıb ki, qısa fasilələrlə bir sıra teatrlarda çalışdığı ayları çıxmaqla Lütfəli Abdullayevin bütün mənalı ömrü bu teatrda keçib.

Bildirilib ki, qüdrətli yumor ustası bu teatrda onun sənət yolunda bəxtinə çıxan, onunla yol yoldaşı olan korifey bəstəkarlar, rejissorlar, ifaçılar, artistlər, musiqiçilərlə çalışıb, yaddaqalan obrazlar yaradıb. Nəsibə Zeynalova, Bəşir Səfəroğlu kimi Azərbaycan tamaşaçılarına sevinc gətirən sənətkarlarla bir səhnəni bölüşüb.  Bu üçlüyün teatr sənətimizdə komediya janrına sanki bir canlılıq gətirdiyi fikri də diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan səhnəsinin nadir istedadlarından olan Lütfəli Abdullayev qısa zaman kəsiyində fəxri adlara layiq görülüb.

Prezident İlham Əliyevin Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən, paytaxtda və ölkənin bütün bölgələrində ilboyu gülüş gecələri, çoxlu sayda sərgilər, xatirə gecələri, filmlərin nümayişi və tədbirlər təşkil ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tədbirlər planı sırasında sentyabrın 19-da Şəkidə Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş birinci böyük gülüş bayramı və tədbir keçiriləcək.

Gecədə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Cahangir Novruzov sənətkarla bağlı xatirələrini bölüşüb, onun səhnədə və televiziyada görünən tərəfləri ilə yanaşı, həyatdakı yerindən, insani keyfiyyətlərindən danışıblar. Onlar Lütfəli Abdullayevi, eyni zamanda, gözəl insan, yaxşı ailə başçısı, humanist bir vətəndaş kimi xarakterizə ediblər.

Çıxış edənlər aktyorun tamaşaçıların qəlbində əbədi yer tutduğunu vurğulayaraq bildiriblər ki, nə qədər Lütfəli Abdullayevin yaratdığı obrazlar yaşayır, bir o qədər də sənətkar yaşayacaq.

Gecədə görkəmli sənətkarın oynadığı film və tamaşalardan fraqmentlər göstərilib. Həmçinin Azərbaycan Dövlət Musiqili Teatrının, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının və digər teatrların kollektivləri xüsusi olaraq yubiley gecəsi üçün hazırladıqları səhnəciklərlə çıxış ediblər.

Teatrın foyesində Lütfəli Abdullayevin fotoşəkillərindən ibarət sərgi də nümayiş olunub.

Günel

 






9 Aprel, 2014  10:13 Baxılıb: 812 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner