Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qırğızıstana Demokratiya naminə tərəfdaşlıq statusu verilib

Qırğızıstan Parlamentinə Demokratiya naminə tərəfdaşlıq statusu verilib. Simsar.az-ın məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən iclasında Qırğızıstan Parlamentinə Demokratiya naminə tərəfdaşlıq statusunun verilməsinə dair qətnamə layihəsi müzakirə edib.

Müzakirələrin sonunda AŞPA-da Qırğızıstan Parlamentinə Demokratiya naminə tərəfdaşlıq statusunun verilməsinə dair Andreas Qrossun hazırladığı qətnamə layihəsi səsə qoyulub və o, 86 səslə qəbul olunub.

Qeyd edək ki, A. Qross öncədən məsələyə dair AŞPA-nın keçmiş sədri Mevlut Çavuşoğlu tərəfindən hazırlanan hesabatı yekunlaşdırıb.

Hesabatda deyilir ki, Orta Asiyanın parlament demokratiyasına söykənən siyasi sistemi seçmiş yeganə ölkəsi olan Qırğızıstan demokratiyaya keçid yolunu tutub və ona hər cür dəstəyin verilməsi vacibdir.

Avropalı parlamentarilər ölkədə demokratiyanı möhkəmləndirməyi nəzərdə tutan konstitusional, siyasi, institusional və qanunvericilik sahəsində aparılan dərin islahatları, eləcə də 2007-ci ildə ölüm hökmü ləğv olunmasını və qadınların siyasi həyatda iştirakına rəvac verilməsini alqışlayıb.

Qeyd edək ki, Qırğızıstan Parlamentinin 23 faizini qadınlar təşkil edir (28 deputat).

2009-cu ildə yaradılan bu status qonşu regionların üzv olmayan ölkələrinin Parlamentləri ilə institusional əməkdaşlığı nəzərdə tutur.






8 Aprel, 2014  23:06 Baxılıb: 649 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner