Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayevanın AŞPA-dakı növbəti çıxışı

Qənirə Paşayeva AŞPA-da Qırğızıstana dəstək çıxışı edərək regionda indiki gərgin vəziyyət fonunda qurumun bu ölkəyə demokratiya üzrə tərəfdaş statusu verməsinin önəmli olduğunu vurğulayıb.

AŞPA-da Qırğızıstana Assambleyada “Partner for Democracy statusunun verilməsi ilə bağlı müzakirələrdə çıxış edən millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib:”Qırğızıstan Mərkəzi Asiya ölkələri arasında Assamleyamıza demokratiya üzrə tərəfdaş status üçün müraciət edən ilk ölkədir və onların bu addımı Assamleyamız tərəfindən ciddi şəkildə alqışlanmalı və dəstəklənməlidir. Bu addımı atmaqla Qırğızıstan ən yaxşı Avropa praktikasını və özünün gələcək inkişaf yolunda Avropa Şurası standartlarını seçdiyini göstərib. Qeyd etmək istəyirəm ki, Qırğızıstan xalqı, parlamenti Avropa Şurası dəyərlərinin, insan haqları, demokratiya, söz azadlığı, azad və demokratik seçkilər, qanun aliliyi ilə bağlı dəyərlərin ölkələrində möhkəmlənməsi istiqamətində ciddi addımlar atırlar və çox önəmli amma asan olmayan bir bölgədə yerlışən Qırğızıstanın bu addımları ciddi dəstəklənməlidir. Müstəqilliyini yenidən qazandıqdan sonra iqtisadi çətinliklərə, bir sıra ciddi daxili siyasi problemlərə baxmayaraq Qırğızıstan inkişaf edir və öz inkişafında demokratiyanın inkişafını əsas tutur. Ölüm hökmünün ləğv edilməsi, siysayi instutların inkişafı istiqamətində həyata keçirilən konunstutsiya islahatları ilə bərabər azad və ədalətli seçkilərin keçirilməsi, siyasi və ictimai həyatda qadınlarla kişilərə bərabər imkanların tanınması, korrupsiyaya mübarizə sahəsində gördüyü işlər, qeyri-hökumət təşkilatlarının qanunverici və icra orqanlarının fəaliyyətinə cəlb olunması, yerli və local demokratiyanın inkişafı kimi bir sıra önəmli islahat və addımlar Qırğızıstanın seçdiyi yolu açıq göstərir və onlar Assabmleyamız tərəfindən demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu istiqamətdə addımların surətlənməsi üçün önəmli bir dəstək olacaq. Assamleyamız Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunu verməklə Bişkekin, Qırğızıstan parlamentinin, qeyri-hökumət təşkilatlarının demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi, dundamental azadlıqlar, qanin aliliyi ilə bağlı gördükləri işləri, səylərini daha da gücləndirəcək. Qədim tarixi, gözəl mədəniyyəti olan və Avropa Şurası dəyərlərini bölüşən Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi həm də son günlər çox böyük gərginliklər və günlər yaşayan regionda Qırğızıstana veriləcək böyük dəstək olacaq

Assamleyamız tərəfindən Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu ölkə ilə təşkilatımız arasında əməkdaşlığı genişləndirəcək ki, bunun nəticəsində Qırğızıstanda demokratik instutların daha surətli inkişafı, bir sıra vacib islahatların surətlə həyata keçməsinə də təkan verə bilər. Bu əməkdaşlığın genişlənməsi isə təkcə Qırğızıstan deyil, təşkilatımız üçün də önəmlidir. Bu əməkdaşlığın müsbət təsirininin

 

gələcəkdə Mərkəzi Asiyaya daha geniş yayılmasına da təkan verə bilər ki, Avropa Şurası üçün bu çox önəmlidir.

 

Mənim ölkəm Azərbaycanla Qırğızıstan arasında da əməkdaşlıq və əlaqələr daha da inkişaf edir və biz bu əməkdaşlığım genişlənməsinə böyük önəm veririk. Çıxışımın sonunda Qırğızıstan Parlamentindən olan dostlarımızı təbrik edirik və bu status alaraq Avropa ailəmizə xoş gəldiniz demək istəyirəm.”






8 Aprel, 2014  22:23 Baxılıb: 1053 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner