Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zakir Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidentini qəbul edib

Aprelin 8-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) prezidenti, Avstriya Prokurorlar Assosiasiyasının rəhbəri Gerhard Yaroşun başçılıq etdiyi nümayəndə heyəti Baş Prokurorluqda olub.

Simsar.az xəbər verir ki, qonaqlara son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar, qanunverici və praktiki tədbirlər, əldə olunan nailiyyətlər, o cümlədən uğurla reallaşdırılan məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması barədə ətraflı məlumat verilib.

Görüşdə hüquqi sahədə qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Gerhard Yaroş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, habelə BPA-nın gənc üzvləri ilə görüşüb. Görüşdə Avstriya Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmiş, gənc prokurorlar onları maraqlandıran aktual məsələlərə, o cümlədən çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə dair suallar verməklə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Beynəlxalq Prokurorlar Assosiasiyası nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Simsar.az






8 Aprel, 2014  18:24 Baxılıb: 632 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner