Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalq artisti Flora Kərimova Hollandiyaya gedir

Simsar.az xəbər verir ki, Azərbaycanın xalq artisti, sevilən sənətkar Flora Kərimova Niderlanda səfər edəcək. Xanım sənətkar bu səfərə gənc müğənni Rövşən Civişovla birgə gedəcək və gənc ifaçı ilə birgə bu ölkədə konsert proqramı ilə çıxışı nəzərdə tutulur. 
Bildirək ki, aprelin 13-də Niderland Krallığında “Beniluks” Azərbaycan Konqresinin yeni yaranmış iki təşkilatının təqdimetmə mərasimi baş tutacaq. Konqresdən verilən məlumata görə, hər iki təşkilatın (Brabant Əyaləti Azərbaycanlıların Məclisi və Şimali Hollandiya Azərbaycanlıların İttifaqı) təqdimetmə mərasiminə xüsusi hazırlıq gedir.
Təqdimat mərasiminin rəsmi hissəsindən sonra xalq artisti Flora Kərimova ilə gənc müğənni Rövşən Civişovun mərasim iştirakçıları qarşısında konserti baş tutacaq. Mərasimdə Azərbaycan və Türk diasporunun üzvləri, diplomatlar, rəsmilər, mətbuat və yerli xalqın nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbir Niderland Krallığının Rotterdam şəhərində başlayacaq. Səfər “Beniluks” Azərbaycan Konqresinin prezidenti Sahil Qasımovun dəvəti ilə baş tutacaq.
Hollandiyada konsertdən əlavə, Flora Kərimova ilə Rövşən Civişovun birgə ifa etdiyi “Mən də bu sevgiyə dözüm yox” adlı mahnıya qeyd olunan ölkənin texnikası ilə klip çəkilməsi də nəzərdə tutulur. Klip çəkilişləri Amsterdamın bir neçə məşhur məkanında gerçəkləşəcək.

Günel








8 Aprel, 2014  17:02 Baxılıb: 962 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner