Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bomjlar”a daimi sığınacaq yaradılacaqmı? - RƏYLƏR

Küçədə, dalanda, avtobus dayanacaqlarında “bomj” (bez opredelennoqo mesta jitelstva - müəyyən yaşayış yeri olmayan) adlandırılan insanlarla tez-tez rastlaşırıq. Onlar küçədəcə yeyir - içir, sığınacaq tapır və elə oradaca da yatırlar. İin soyuq günlərində isə onlar üçün müvəqqəti sığınacaqlar təşkil edilir. 
Bu sığınacaqlar daimi sığınacaqlarla əvəz oluna bilərmi? Onlar üçün ayrıca realibitasiya mərkəzləri yaradılmalıdırmı? Bu işi sistemli olaraq həyata keçirtmək üçün kimlər məsuliyyət daşıyır?

Simsar.az mütəxəssis rəylərini təqdim edir.


“Daimi sığınacaqlar yaradılmalıdır”

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova küçədə yaşayan insanlar üçün daimi sığınacaqların yaradılmasının vacibliyini deyir:
“Nazirlər Kabinetinin “Sosial realibitasiya” haqqında qərarına görə, bu insanlar sığınacaqla təmin edilməlidirlər. Sadəcə olaraq, QHT-lər bu qrupa aid olan insanları öz missiyalarına daxil etməlidirlər.”
İctimai birliyin sədri bildirib ki, yaş qruplarına uyğun olaraq həmin insanları ahıllar evinə yerləşdirənə qədər həmin sığınacaqlarda ən azından qida və paltarla təmin etmək olar. Bu qrupa daxil olan insanların psixoloji, sosial, hüquqi yardım alması üçün dövlət müəssisələrinə yerləşdirilmələri vacibdir.
Xaricdəki qədər olmasa da bizdə də belə insanların sayı artmaqdadır. M.Zeynalova deyir ki, xarici ölkələrdə realibitasiya mərkəzlərində belə insanlara psixoloji, hüquqi yardım göstərilir. Onlar belə mərkəzlərdə qida paltarla təmin olunur, hətta bir sıra təşkilatlarda da iştirak edə bilirlər. Bu gün bizdə də belə mərkəzlərin yaradılmasına böyük ehtiyac var.
Mehriban Zeynalova deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial Xidmət haqqında” qanuna əsasən, sosial sifarişlərlə bağlı layihələr qəbul edir. 

“ABŞ-da Konqresin pillələrində bir səfilin yatdığını görmüşəm”

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə deyir ki, səfil və tüfeyli həyat sürmək bütün dünyada geniş yayılıb: “Qərb ölkələrində bu cür həyat tərzi keçirənlərə hörmətlə yanaşırlar. Lap liberal ölkələrdə, ABŞ-da, Qərbi Avropada bu şəxslər harda istəyirlərsə orda yatırlar. Məsələn, Amerikada Konqresin binasının pillələrində bir səfilin yatdığını görmüşəm, Ağ evin qabağında da. Onlar harda istəyirlərsə orda özləri üçün şərait yaradır, karton qutulardan yataq düzəldir və həyat sürürlər. Səfil həyat tərzinin birdəfəlik aradan qaldırılması üçün birbaşa mübarizə yoxdur və bu heç məqsədəuyğun da deyil”.
Müsahibimiz bildirib ki, onlar daha çox evini, əmlakını itirən şəxslər olur: “Amerikada kilsələr, xeyriyyə təşkilatları onlar üçün isti yemək, geyim tədarük edir, soyuq havalarda sığınacaq yaradırlar. Hesab edirəm ki, bizdə də məhz bu cür olmalıdır, bu iş QHT-lərə tapşırılmalıdır. Azərbaycanda “Sosial Xidmətlər haqqında” qanun qəbul edilib. Bu qanun çətin həyat tərzi keçirən insanların sosial müdafiəsinə yönəlib. Ötən il fevral ayında bizdə də səfillər üçün çadırlar quruldu, isti yemək və sığınacaq verildi, tibbi yoxlamalardan keçdilər. Onlardan bir hissəsi qocalar evində yaşamağa razılıq verdi, qalan hissəsi isə küçə həyatını seçdi. Tüfeyli həyat sürənləri zorakılıqla sığınacaqda saxlamağın doğru deyil.
Sığınacaqlar olmalıdır, amma heç bir səfili orda yaşamağa məcbur etmək olmaz, onlar könüllüolaraq orda qala və günün müəyyən saatlarında gəlib yemək yeyə bilərlər. Fikrimcə, sığınacağı dövlət yaratmalıdır, amma QHT-lərin, humanitar və dini təşkilatların, bələdiyyələrin himayəsinə verməlidir. Mənim fikrim belədir, hesab edirəm ki, insan hüquqları baxımından da bu, belə olmalıdır”.

Küçə sakinlərinin təqaüd və ünvanlı sosial yardım alması məsələsinə gəlincə, müsahibimiz deyir ki, bu insanlar arasında həmin imkandan istifadə edənlər də var:
“Küçədə yaşamaq o demək deyil ki, təqaüd ala bilməzsən. Elə səfil var ki, övladlarının pis münasibəti ucbatından küçələrə düşüb, eləsi var evini satıb küçədə qalır. Belələri təqaüd ala bilir. Hər kəs əmək pensiyası və ya qocalığa görə təqaüd almalıdır. Küçədə yaşayan insanın ünvanlı sosial yardım alması da mümkündür”.

“Səfil həyat sürənlərə müavinət nəzərdə tutulmayıb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə rəisi Elman Babayevin cavabı belə olub:

“Səfil həyat tərzi sürən şəxslərə müavinət nəzərdə tutulmayıb. Bu kateqoriyadan olan şəxslərə aid müavinətlərin təsis edilməsi və onların rifah halının yaxşılaşdırılması bu növ həyat tərzinin hökümət tərəfindən dəstəklənməsi kimi qiymətləndirilə və mənfi nəticələrə gətirib çıxara bilər. Çətin iqlim şəraiti olan günlərdə ehtiyacı olan şəxslərə müvəqqəti sığınacaqlar təşkil edilir və həmin sığınacaqlarda zəruri şərait yaradılır”.

Aysel Kərimova






8 Aprel, 2014  16:10 Baxılıb: 1743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner