Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rüşvət videosu yayılan polis: “Kiminsə güdazına getdim”

Dünən rüşvət alarkən videosu yayılan yol polisi işdən qovulub. Bu barədə həmin videoda görüntülənən polis mayoru Elman Əliyevin özü məlumat verib. E.Əliyev bildirib ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə işdən azad edilib: “Bilirsiniz, mən kiminsə güdazına getdim. Həmin video fevral ayının 13-də baş verib. Çingiz adlı şəxsin polis inspektoru ilə mübahisəsi düşmüşdü, söyüş-filan olmuşdu. Ona görə də bu videonu ortaya atdılar”.

Qeyd edək ki, DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə təqdim edilib. Həmin sənəd əsasında Daxili İşlər naziri cənab Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman Əliyev tabelikdəki əməkdaşların qanunçuluğa, DİN-in aidiyyəti normativ-hüquqi aktlarının tələblərinə riayət etmələrinə nəzarət etməli olduğu halda, özü korrupsiya hüquqpozmalarına yol verməklə tapşırılan sahənin işini təmin etmədiyinə və eyni zamanda daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. (Lent.az)






8 Aprel, 2014  14:33 Baxılıb: 728 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner