Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Millət vəkili: “...müqavilə imzalanacaq”

Ermənilər son zamanlar atəşkəsi tez-tez pozurlar.Buna əsas səbəb Bişkek müqaviləsinin müddətinin bu il bitməsidir. Belə ki, Bişkek müqaviləsi 1994-cü il mayın 8-də imzalanıb. Bu sazişlə Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub. Bu sazişin vaxtı uzadılacaqmı? Bununla bağlı millət vəkili Fəzail Ağamalının fikirlərini öyrəndik.

O, Simsar.az-açıqlamasında bunları deyib:Məncə buna dair müqavilə imzalanacaq. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində addımlar atılır. ATƏT –in Minsk qurupunun həmsədrləri tərəflərlə birgə bu proses üzərində işləyirlər. Məncə atəşkəsin vaxtı uzadılacaq. Hələlik ATƏT tərəfindən konkret mövqe ortaya qoyulmayıb. Ona görə də bu gün Azərbaycanın torpaqlarının silah yolu ilə həll edilməsi məqbul deyil. Danışıqlar prosesi davam etməlidir. Azərbaycan yenə də öz hərbi gücünü iqtisadi inkaşfını daha da genişləndirəcək.

Beynəlxalq təşkilatlara bir daha öz həqiqətlərimizi çatdırmağı davam edəcəyik. Ermənistan öz ordularını ərazilərimizdən geri çəkməsə Azərbaycan öz torpaqlarını hərbi yolla azad edə bilər. Və mən bu fakta heç şübhə də etmirəm. Mövcüd şərait Azərbaycanın bu addımı atmasına imkan vermir. Çox ehtimal ki, atəşkəs rejimi uzadılacaq”.

Aynur Bayramova






8 Aprel, 2014  14:17 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner