Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İordaniya krallığı şahzadəsi Bakıya gəlir

Abdur-Rauf Ravabdeh aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, bu barədə razılıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrinin Senatın sədri ilə Əmmanda keçirilmiş görüşü zamanı əldə olunub.

II Qlobal Müştərək Cəmiyyətlər Forumunda İordaniya şahzadəsi, əlahəzrət Basma bin Talat da iştirak edəcək. Basma bin Talat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlər və xalqlar arasında dialoq və anlaşmanın təbliğindəki rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 200-dək ölkənin sabiq hökumət və dövlət başçısı, nüfuzlu siyasi xadimlər, beynəlxalq qurumların təmsilçiləri iştirak edəcək.

Aynur Bayramova






8 Aprel, 2014  12:59 Baxılıb: 699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner