Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dərsliklər yeni formatda olacaq

“Təhsil sahəsində aparılan islahatlarda əsas hədəf dərsliklərin keyfiyyətinin təkmilləşdirilməsidir”. Simsar.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev mətbuat konfransında deyib. O bildirib ki, 7 və 8-ci sinif dərsliklərinin yeni formatda hazırlnamsı üçün işlər aparılacaq:” Dərsliklərdə müəyyən problemlər var. Bunun qarşısını almaq üçün 2 sinif dərsliyi hazırlamağa qərar verdik. Növbəti dərs ilində isə dərsliklər 2 ay əvvəldən veriləcək ki, müəllimlər dərsliklə tanış ola bilsin”.

Təhsil Nazirliyinin Qiymətləndirmə Şurası sabahdan etibarən dərsliklərin qiymətləndirilməsinə də başlayır. Bunu nazirliyin tədris şöbəsinin müdir müavini Əsgər Quliyev bu gün keçirilən tədbirdə deyib. O bildirib ki, Şura üzvləri ölkənin müxtəlif bölgələrindən seçilməklə yeni tərkibin formalaşdırılması ilə bağlı ötən il müsabiqə elan edilib. Ə.Quliyevin sözlərinə görə, 7-8-ci siniflərin dərslikləri hazırdır: “İndiyə qədər dərsliklər tədris ili başlayanda hazır olurdu və müəllimlər onunla tanış ola bilmirdi. Bu il iki dərslik sifariş verilib və tədris ili başlamadan məktəblərə göndəriləcək. 8-ci sinif dərslikləri sınaq üçün pilot məktəblərə veriləcək. Növbəti ildə ən azı iki ay əvvəl dərsliklər müəllimlərin istifadəsində olacaq. Ötən il 22 adda dərslik hazırlanmalı idi, artıq onlar hazırdır və şura üzvləri sabahdan onların qiymətləndirilməsinə başlayacaq”. Nazirlik rəsmisi bildirib ki, Şura üzvləri arasında hər fənn üzrə mütəxəssis var və fənlər üzrə qruplar yaradılıb. “Həmin qruplar müəllimlərlə birlikdə dərsliklərin monitorinqini aparacaq”. Ə. Quliyev 5-ci siniflərdəki ədəbiyyat dərsliyindəki problemlərdən də danışıb. “TQDK monitorinqlər keçirib və nəticələr nəşriyyatlara təqdim edilib”.

Aysel Kərimova






8 Aprel, 2014  12:15 Baxılıb: 601 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner