Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanlı “vorzakon” güllələndi

Dünən Odessada “Veçerniy Baku” restoranında 39 yaşlı keçmiş “vorzakon”Baxış Əliyev güllələnib. Simsar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kriminal dairələrdə “Vaxa” ləqəbi ilə tanınan avtoritetlə yanaşı, onun mühafizəçisi də öldürülüb.
Qeyd edək ki, Gürcüstan sakini olan, etnik azərbaycanlı Baxış Əliyevin hələ 2004-cü ildə Moskvada tacqoyma mərasimi olub. O, 2006-cı ildə azərbaycanlı iş adamı Hüseynovun oğurlanmasında, daha sonra isə qətlində şübhəli bilindiyi üçün saxlanılıb. Lakin məhkəmə onun bu cinayətdə əli olduğunu sübut edə bilmir və onu ancaq xuliqanlığa görə həbs etmək mümkün olur. Belə ki, “Vaxa” girovun artıq ölmüş olduğunu bildiyi halda girovun qaytarılmasında vasitəçilik edir və onun bu davranışı oğru qaydalarına zidd hesab edildiyi üçün o, 2007-ci ildə “vorzakon” titulundan məhrum edilir.
Daha sonra gürcü avtoritetlərlə Ded Xasan arasında yaranan münaqişə zamanı sonuncu onun hüquqlarını bərpa edir və onu Ukraynaya Lənkəranskinin mövqelərini zəiflətmək üçün göndərir. Baxış Əliyev 2011-13-cü illərdə 4 dəfə saxlanılır və Ukraynadan qovulur. 2012-ci ildə növbəti deportasiyası zamanı Əliyev İstanbulda Lənkəranskinin rəhbərlik etdiyi vorzakonlarla toqquşur. Ölümcül vəziyyətə gətirilənə qədər döyülən Əliyev bütün oğru hüquqlarından məhrum edilir.






8 Aprel, 2014  12:11 Baxılıb: 1199 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner