Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“İxtisas seçimi uğurlu karyeranın başlanğıcıdır”

Bu gün Təhsil Nazirliyində spesifik sorğuların cavablandırılması və mətbuatın gündəmində olan mövzularla bağlı mətbuat konfransı keçirilib. Simsar.az xəbər verir ki, mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, əsas mövzulardan biri gənclərin düzgün ixtisas seçim etməməsi nəticəsində problemlərin ortaya çıxmasıdır. Ali təhsil müəssisələrindən nazirliyə daxil olan əsas müraciətlər digər ixtisaslara köçürmərələ bağlı olur: “Təhsil nazirliyi apreldən etibarən tabeliyində olan ali, orta ümumtəhsil məktəbləri və liseylərdə “ixtisas seçimi uğurlu kariyeranın başlanğıcıdır” devizi ilə kompaniyaya başlayıb. Hər bir ali təhsil ocağında baza yaradılacaq. Həmin bazalar abituriyentlərin düzgün ixtisas seçimi, hədəflərin müəyyənləşdirlməsi istiqamətində işləyəcək. Bununla bağlı nazirlik ali məktəblərin prorektorlarına və kariyera mərkəzlərinin rəhbərlərinə müraciət edəcək və kompaniya start götürəcək. Bu kompaniya bilavasitə abituriyentlərin ixtisas seçiminə köməklə bağlıdır”. 
Digər məsələ bölgələrdə tarixi təcrübəsi olan məktəblərlə bağlıdır. Yaşı 100 dən artıq olan məktəblərin təqdimatı ilə bağlı məsələ nazirliyin diqqət mərkəzindədir: “ Bu gün 40 belə məktəb müəəyyənləşdirmişik. Şuşanın Malibəyli məktəbi 1838-ci ildə yaradılıb. İstəyirik ki, digər məktəblərdə onun şəkilləri olsun ki, müəllim və şagirdlər ondan məlumatlı olsun. Nazirlik rayon icra hakimmiyyətləri ilə birgə təbliğat və təşviqata başlayıb. C. Valehov qeyd edib ki,AFFA təhsil kuboku layihəsinə başlayıb. Artıq bu gün FHN ilə ATU tələbələri arasında yarış start götürüb.

Aysel Kərimova






8 Aprel, 2014  11:59 Baxılıb: 1274 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner