Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Misirdə son yaşananlar – Dünya niyə susur?

“Bir yerdə 529 ağac kəsilərkən dünya ayağa qalxır, 529 insan asılır sadəcə narahat oluruq” “Misirdə və Suriyadakı zülmə zülm deməklə, AKP-li deyil, insan olursan”
“Bu gün bu hadisələri sadəcə seyr edənlərin sabah həmin günlərə düşəcəyi şübhə doğurmur”
“Dünya Misirdəki edama səssizdir, ancaq biz həmişə olduğu kimi hər məsumun və məzlumun yanındayıq. Səs ver Türkiyə”



Misirdə 2011-ci ildən başlayan və hələ də sonlandırılmayan hadisələr əhalinin edamı və həbslərlə müşahidə edilir. Bu yaxınlarda isə mövcud hakimiyyətin ordu gücü ilə alınmasına qarşı olan 529 nəfərin qarşıdurma yaratma iddiası ilə edam edilməsi gözlənilir. Qəribəsi odur ki, həmin məsələ dünya ölkələri liderlərinin əsas müzakirə mövzusuna çevrilmir. Ancaq sosial mediada bu hadisələr böyük rezonans doğurur.
Bir neçə gündür “Tvitter”də dünya liderlərini bu məsələyə dəvət etmək, dünyanın diqqətini cəlb etmək məqsədi daşıyan paylaşımlar edilir. Türkiyədə isə əhalinin Misirdə baş verənlərə etirazı yalnız sosial mediya ilə məhdudlaşmayıb. Belə ki, Fateh məscidi qarşısında etiraz aksiyası təşkil edilib. Aksiyada təkbir səsləndirən iştirakçılar Məhəmməd Peyğəmbərin (s.a.s.) “Müsəlmanların dərdlərinə şərik olmayanlar onlardan deyil. Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu zalımlara təslim etməz” hədisini şüara çeviriblər.
Məsələnin digər məqamı isə Mina Cəza Məhkəməsinin hakimi Səid Yusifin beynəlxalq ictimaiyyətin etirazına bildirdiyi münasibətdir. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, o, İhvan təşkilatı mənsubu 529 nəfərin edamına verilən reaksiyanı “yersiz”, etiraz edənləri “provakator” adlandırıb. İhvan təşkilatı üzvləri isə “terrorist” adlandırdıqları Yusif və ailəsinin Misir höküməti tərəfindən qorunduğunu iddia edirlər.
Bu hadisəyə ən qəribə münasibət isə müxtəlif başlıqlar altında müzakirələr yaradan “ekşi sözlük”dən gəlib. Belə ki, adı çəkilən saytda “Misirdəki edamlar bir an öncə başlasın” adlı kampaniya başladılmışdı. Daha sonra “başlasın” sözü “tətbiq edilsin”lə əvəz edilib.
Qeyd edək ki, Misirdə 2011-ci ildəki inqilabı zamanı həlledici rolu olan “6 Aprel Hərəkatı”nın qurucuları Əhməd Mahir, Əhməd Duma və Məhəmməd Adil barəsində də 3 illik həbs qərarı çıxarılıb. Qərara edilən etiraz Apelyasiya Məhkəməsi tərəfindən rədd edilib. Adı çəkilən şəxslər 2011-ci ilin yanvarın 25-də Hüsnü Mübarək hakimiyyətinin devrilməsində xüsusi fəaliyyət göstərmişdilər.

Onu da qeyd edək ki, edama etiraz edən türklər tərəfindən “Tvitter” sosial şəbəkəsində #529qardaşın asılır həştaği yaradılıb. Bu həştağ altında “Misirdə və Suriyadakı zülmə zülm deməklə AKP-li deyil insan olursan”, “Bir yerdə 529 ağac kəsilərkən dünya ayağa qalxır, 529 insan asılır sadəcə narahat oluruq”, “Bu gün bu hadisələri sadəcə seyr edənlərin sabah həmin günlərə düşəcəyi şübhə doğurmur”, “Dünya Misirdəki edama səssizdir, ancaq biz həmişə olduğu kimi hər məsumun və məzlumun yanındayıq. Səs ver Türkiyə” və s. kimi paylaşımlar edilir.

P.S. Sonda qeyd edim ki, bu insanlar böyük səs çoxluğu ilə seçdikləri qanuni prezidentləri Məhəmməd Mursinin ordu gücünə hakimiyyətdən salınması və tutulmasına etiraz edirdilər. Minlərlə insan meydanlarda aylarla haqqını, verdiyi səsi tələb etdilər. Öldürüldülər, tutuldular...
Ancaq hər şeyi bir kənara qoysaq, haqlı ya haqsız 529 nəfərin (onların sayının 1000-ə çatacağı deyilir) edamına dünya birliyinin niyə susduğu, heç bir beynəlxalq təşkilatın, hegamon xəbər agentliklərinin demokratiya və insan haqları yadlarına düşmədiyi sual və acı gülüş doğurur...


Ülviyyə Cövdətqızı






8 Aprel, 2014  11:43 Baxılıb: 2061 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner