Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İlham Mirzəyev: “Kişi-kişiyə bıçaq uzadar”

Yasamal rayon məhkəməsində keçən ilin iyun ayında silahlı hücuma məruz qalmış teleaparıcı İlham Mirzəyevin Asif Əliyevə qarşı iddiası əsasında qaldırılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Simsar.az xəbər veriri ki, hakim Ayaz Məmmədov apardığı prosesdə çıxış edən prokuror Rizvan Sultanov bildirib ki, İ. Mirzəyev tərəfindən təqsirləndirilən Asif Oruc oğlu Əliyev haqqında ittiham əmri çıxarılsın. Prokuror onun törətdiyi əməllərə görə azadlıqdan məhrum edilməsini xahiş etdi. Daha sonra çıxış edən teleaparıcının vəkili Xanlar Bayramzadə bildirdi ki, təqsirləndirilən A. Əliyev bu cinayəti əvvəlcədən planlaşdırıb: “Asif Oruc oğlu Əliyev Ukraynada yaşayan dostlarına bildirib ki, bu aralar onun üçün çətin olacaq. Məhkəmə tərəfindən onun cinayətləri araşdırılıb və təsdiq olunub. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, o, bu cinayəti xuliqanlıqla edib və bu, İ. Mirzəyevin həyatı bahasına başa gəlib və bütün ailəsinə yönəlib”. X. Bayramzadə İ. Mirzəyevə maddi və mənəvi ziyan dəyib. Zərərçəkənin vəkili hakimdən mülki iddianın təmin edilməsini xahiş etdi. Sonda söz teleaparıcı İ. Mirzəyevə verildi. O, təqsirləndirilən A. əliyevlə düşmənçiliyi olmadığını açıqladı: “ Mən bu hadisəyə heç də sevinmirəm. Kişi-kişiyə bıçaq uzadar. Bıçağı da keçmək olar. Sadəcə demək istəyirəm ki, dayımın qızını mən saxlayıram. Bu işdə əli olanlar onun gününə qalacaq. Mən dövlətimin qayda-qanunları ilə razıyam, hər zaman da razı olacağam və hakimin çıxardığı qərara hörmətlə yanaşacağam”. Daha sonra hakim çıxış üçün qarşı tərəfə söz verdi. Təqsirləndirilən A. əliyevin vəkilləri çıxış üçün vaxt istədilər. Məhkəmə növbəti ügün davam etdiriləcək.
Xatırladaq ki, ystintaqla müəyyən edilib ki, Asif Oruc oğlu Əliyev 13 iyun 2013-cü il tarixində gecə saat 01.00 radələrində Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “Space” telekanalının yaxınlığında, aralarında yaranmış mülki məhkəmə məsələsi ilə bağlı İ.Mirzəyevlə mübahisə edib, əlindəki bıçağı onun boğaz nahiyyəsinə diriyərək öldürməklə hədələyib.Bundan sonra vətəndaşların gözü önündə İ.Mirzəyevi nalayiq sözlərlə təhqir edib. Xuliqanlıq hərəkətlərini davam etdirən Asif teleaparıcıya qarşı zor tətbiq edərək həmin bıçaqla onun boyun və boğaz hissəsini yaralayıb.

Günel







8 Aprel, 2014  11:30 Baxılıb: 776 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner